Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Manat böhranının Bakı Olimpiya Stadionunun tikintisinə təsiri



2015-ci ildə Azərbaycanda keçiriləcək I Avropa Olimpiya Oyunlarının başlayacağı günə doğru gerisayım başlayıb


Avropa Oyunlarının baş tutacağı mərkəzlərin, stadionların tikintisi, eləcə də şəhərdəki, yollardakı abadlıq işləri sürətləndirilir. 

Bakının ayrı-ayrı yerlərində - parklarda, metrostansiyaların giriş və çıxışlarında yenidənqurma işləri aparılır. 

Dövlət büdcəsində neftdən gələn gəlirlərin azalması, manatın kəskin şəkildə ucuzlaşması Avropa Oyunlarına təsir göstərirmi? Nəzərə alaq ki, Avropa Oyunları ölkəmizə heç də ucuz başa gəlməyəcək. Milyonların xərcləndiyi tikintilər dayanacaqmı? 

Avropa Oyunları üçün şəhərin bir neçə yerində tikinti işləri gedir. Bu tikililər arasında Bakı Olimpiya Stadionu, Bakı Üzgüçülük Mərkəzi, 22 min nəfərlik tennis mərkəzi, digər idman növləri üçün 15 min nəfərlik Bakı Çoxməqsədli Arenası və 12 min nəfərlik digər idman qurğularının tikintisi hələ də davam edir. 

Hər kəsin əsas diqqət mərkəzində olan isə Bakı Olimpiya Stadionudur. Ərsəyə gəlməsi üçün milyonlar xərclənən stadionun tikintisinin bu qədər maddi böhrandan sonra hələ də davam edib-etməməsi hər kəs üçün maraqlıdır. Bu məsələ bizim də diqqətimizi çəkdiyi üçün sözügedən əraziyə yollandıq.

Ərazidə qızğın iş prosesi gedirdi. Hər kəs harasa tələsir, ağırtonnajlı yük maşınları arasıkəsilmədən yük daşıyırdı. Görünən budur ki, manatın devalvasiyaya uğraması tikinti işlərinə təsir etməyib. Bakı Olimpiya Stadionunun tikintisi əvvəlki sürətilə davam edir. 

Stadionun ətrafında gedən tikinti işləri də davam edir. Fəhlələr deyirlər ki, onların iş qrafikində heç bir dəyişiklik yoxdur: “Burada müxtəlif şirkətlər çalışır. Hərəsinin öz iş qrafiki, vəzifəsi var. Manatın düşməsinin, dolların qalxmasının, neftin ucuzlaşmasının bizə bir təsiri olmayıb. İşimiz həmişəki kimi davam edir. Hətta daha da çox işləyirik ki, vaxtında təhvil verək. Çünki bir az gecikmişik”. 

İşçilərin “gecikmişik” sözü boş yerə işlədilmədi. 68 min tamaşaçı tutumu olacaq Bakı Olimpiya Stadionunun tikintisi üçün Türkiyənin "Tekfen İnşaat" şirkəti ilə Azərbaycan Respublikası  Dövlət Neft Şirkəti (ARDNŞ) arasında 640 milyon ABŞ dolları dəyərində müqavilə imzalanıb. 

Həmin müqavilə ilə layihənin müddəti 24 ay müəyyənləşdirilib. Stadionun tikintisinin 2015-ci ilin fevralın 28-nə qədər tamamlanması nəzərdə tutulub. Verilən müddətin tamamlanmasına 1 gün qalıb. Amma görünən budur ki, 24 saat içərisində tikinti işləri tamamlanmayacaq. Bunun üçün artıq möcüzə lazımdır. 

Layihənin rəhbəri Cem İlgün mətbuata açıqlamasında Bakı Olimpiya Stadionunun 24 ay ərzində yekunlaşmasının çətin, amma mümkünsüz olmadığını demişdi: “Müqaviləyə əsasən, layihəni 28 fevral 2015-ci il tarixində yekunlaşdırmalıyıq. Lakin I Avropa Olimpiya Oyunları 2015-ci ilin iyun ayında başlayacağı üçün biz stadionu fevralın 1-də təhvil verməyi planlaşdırmışıq. Həqiqətən belə bir işi yekunlaşdırmaqdan qürur duyuruq. Çünki 68 min izləyicini qəbul edə biləcək Bakı Olimpiya Stadionunun 24 ay ərzində yekunlaşması həqiqətən də son dərəcə önəmli hadisədir”. 

Amma bizim müşahidələrimiz ondan xəbər verir ki, bu önəmli layihənin reallaşdırılması üzrə işlər hələlik yekunlaşmayıb. 

Tikinti prosesinin yekunlaşmadığını görən gənclər və idman naziri Azad Rəhimov əlavə vaxt qazanmaq üçün belə bir açıqlama verdi: "Bütün idman qurğularının açılış mərasimi eyni tarixdə baş tutacaq. Artıq işlərin 97 faizi tamamlanıb. Hər hansı idman qurğusunun xüsusi açılış tədbirini gözləmirik. Çünki idman qurğusu hazır olan kimi müvafiq avadanlıqlar quraşdırılacaq. Açılış elə iyunun 12-nə təsadüf edəcək. Ən yaxın tarix budur".

Qeyd edək ki, 6 iyun 2011-ci il tarixində Azərbaycan Prezidenti İlham Əliyev, FİFA prezidenti Yozef Blatter və UEFA prezidenti Mişel Platininin iştirakı ilə bu nəhəng idman qurğusunun təməli atılıb. 

Paytaxtda öz müasir tikinti üslubu ilə fərqlənəcək və xüsusi gözəlliyi ilə seçiləcək 68 min tamaşaçı yeri olan Bakı Olimpiya Stadionu bu tipli müasir idman qurğuları sırasında özünəməxsus yer tutacaq. Burada müxtəlif funksiyalı tribunaların, qaçış zolağının və digər infrastrukturun inşası nəzərdə tutulub. 

Azərbaycanda ilk dəfə olaraq, Olimpiya Media Mərkəzinin yaradılması da planlaşdırılıb. Daxili sahəsi 120830 kvadratmetr olacaq stadionda tikinti işləri Beynəlxalq Tikinti Standartına (İBC), UEFA və FİFA standartlarına və Azərbaycanın inşaat normativlərinə uyğun aparılır.

Azərbaycan I Avropa Olimpiya Oyunlarına çox ciddi hazırlaşır. Hətta Bakıya I Avropa Olimpiya Oyunlarında iştirak etmək üçün gələcək bütün 50 ölkənin komandalarının nəqliyyat və digər xərclərini Azərbaycan ödəyəcək. (musavat.com)

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Dəhşətli qəzada həlak olan qazinin görüntüsü - Yenilənib,Video,Foto

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Talıb Talenin özündən 15 yaş kiçik nişanlısının görüntüləri yayıldı - Video

Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək

ABŞ Azərbaycanla Ermənistan arasında sülhün mümkünlüyünə inanır

Deputat: “Uşağı əməliyyatla dünyaya gətirirlər, bunun nəyi analıqdır?!” - Video

AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib

Ən çox oxunanalar