Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məşhur teleradio aparıcısından MTRŞ-ya şikayət edildi


“Bu gün kütləvi şəkildə olmasa da, radioalarda interaktivlik zamanı, yəni dinləyici ilə ünsiyyət zamanı, bəzən aparıcılar efir etikasına zidd davranışlara, vulqar ifadələrə yol verirlər. Bununla bağlı müəyyən müraciətlər, şikayətlər daxil olur”


Bunu “Report”a açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, proqramlaşdırma və analitika şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib.

T.Dadaşov bildirib ki, bu günlərdə MTRŞ-ya “106.3 FM” radiosunda yayımlanan “Bumeranq şou”nun aparıcısından dinləyici şikayətləri daxil olub: “Dinləyicilər şikayət edir ki, aparıcı (məşhur teleradio aparıcısı Aytən Səfərova – red.) Qoç bürcündən bəhs edərkən bu bürcdən olanlara otlamağı məsləhət görüb. Belə kobud ifadələrin işlədilməsi yolverilməzdir.
Bundan başqa, radiolarda sətiraltı qeyri-etik məzmunlu ifadələrə də rast gəlinir. Qoyulan bəzi mövzular düzgün seçilmir. Bəzən xarici dildə qeyri-etik ifadələrin istifadə edildiyi mahnılar səsləndirilir”.
T.Dadaşov onu da qeyd edib ki, bu gün daha çox dövlət büdcəsindən maliyyələşən radio yayımçıları qanunvericiliyin tələblərini qoruyur: “Özəl radioların efiri üçün bunu söyləmək çətindir, az sayda sosial və digər aktual problemlərə həsr olunmuş proqramlara rast gəlinir. Yerli radioların xəbərlərə, musiqiyə və aparıcıların danışığına üstünlük verməsi onların formatı ilə bağlıdır. Dünya praktikasında da bu, belədir. Ona görə də bu barədə radioalara irad tutulmur. Müşahidələrimizə əsasən, yerli radiolar çalışır ki, müxtəlif formatların xüsusiyyətlərini özlərində əks etdirsinlər. Buna görə də, radiolarımızın proqram səbəti hər saatın tamamında xəbər buraxılışları, ardınca musiqi, həmçinin aparıcıların dinləyicilərlə ünsiyyətindən təşkil edilir”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Dəhşətli qəzada həlak olan qazinin görüntüsü - Yenilənib,Video,Foto

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Talıb Talenin özündən 15 yaş kiçik nişanlısının görüntüləri yayıldı - Video

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

“Trendyol” Azərbaycan üçün qiymətləri kəskin artdı

Rusiya sülhməramlı kontingentinin hərbi texnikasının növbəti partiyası Xocalıdan daşınır - Video

Ən çox oxunanalar