Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qubad İbadoğlu şikayət edib


İqtisadçı alim Qubad İbadoğlunun Beynəlxalq Bankdakı şəxsi hesabına və onun yaratdığı İqtisadi Tədqiqatlar Mərkəzinin “Bank Respublika”dakı hesabına həbs qoyulması haqda qərarlardan apelyasiya şikayəti verilib


Qubad İbadoğlunun Beynəlxalq Bankdakı şəxsi hesabına həbs Nəsimi Rayon Məhkəməsinin, İqtisadi Tədqiqatlar Mərkəzinin “Bank Respublika”dakı hesabına həbs isə Səbayel Rayon Məhkəməsinin qərarı ilə qoyulub.

Apelyasiya şikayətində bu həbs qərarlarının ləğv olunması xahiş edilib.

Sentyabrın 1-də “Media forum” saytına açıqlamasında Qubad İbadoğlu deyib: “Məhkəmə qərarlarında bank hesablarına hansı səbəbdən həbs qoyulduğu aydın yazılmayıb. Qərarlarda ümumi şəkildə qeyd olunub ki, aparılan istintaqla bağlı bank hesablarına həbs qoyulur. Amma prokurorluq aparılan istintaqla bağlı bizimlə əməkdaşlıq etməyib. Yalnız bir dəfə məni istintaqa çağırıblar. Mən prokurorluğa avqustun 27-də getmişəm. Bank hesablarına həbs qoyulması haqda qərar isə ayın 26-da verilib. Məhkəmə qərarlarında Baş Prokurorluğun apardığı istintaqa istinad olunur, amma istintaq işində mənim barəmdə və rəhbərlik etdiyim təşkilat haqda nə yazıldığını bilmirik. Məhkəmə prosesində bizim də mövqeyimiz öyrənilməli idi, biz də izahat verərdik və bilərdik ki, təşkilatımızın bank hesabına və mənim şəxsi bank hesabıma həbs qoyulması üçün əsas var, yoxsa yoxdur. Məhkəmə bizim iştirakımız olmadan qapalı şəkildə keçirilib”.

Onu da qeyd edək ki, Qubad İbadoğlu həmçinin Müsavat Partiyasının üzvüdür. O, Müsavatın bu ay keçirilməsi nəzərdə tutulan qurultayında partiya başqanı postuna iddiaçılardan biridir.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək

Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı qərar verdi

Qətlə görə saxlanılan direktor müavini imiş - Yenilənib, Foto

Sabirabadda dəfn olundu, Bakıda televizor alanda tutuldu

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Ceyhun Bayramovla ATƏT sədri arasında görüş keçirilib - Yenilənib

Putin Peskovla bağlı qərarını açıqladı - Foto

Baş nazirdən həqiqi hərbi xidmətə çağırışla bağlı qərar

Köç karvanı Şuşaya çatıb, açarlar sakinlərə təqdim edilib - Yenilənib 

Natiq Miri: Hər tərəfdə kim nə düşünürsə düşünsün, Azərbaycana möhtacdırlar...

Ən çox oxunanalar