Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

RATİ əməkdaşları prokurorluqda dindirilib


“Mehman Hüseynovun durumu yaxşıdır, bir-iki günə işinə qayıdacaq”


Bu sözləri müsavat.com-a açıqlamasında RATİ-nin hüquqşünası Günay İsmayılova bildirib. Onun sözlərinə görə, Mehmanla iki gün öncə əlaqə saxlayıb və o, hər şeyin qaydasında olduğunu bildirib. 

RATİ-nin rəhbəri Emin Hüseynova gəlincə, əməkdaşının sözlərinə görə hələ ki, ondan bir xəbər yoxdur. Hətta qardaşı Mehman Hüseynov belə onun harada olduğunu bilmir: “Mehmanın heç nədən xəbəri yoxdur. O da nə olduğunu bizdən soruşur”.
Qeyd edək ki, artıq fəaliyyəti dayandırılan Reportyorların Azadlığı və Təhlükəsizlik İnstitutunun əməkdaşları bir-bir prokurorluğa çağırılaraq dindiriliblər. Avqustun 14-də Günay İsmayılova, ötən gün isə təşkilatın mühasibi Tanya Kryuçkina Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırılaraq dindirilib. Musavat.com-a açıqlamasında Tanya Kryuçkina bildirdi ki, ona mühasibatlıq işi ilə bağlı suallar verilib, müəyyən sənədlər barədə sorğu-sual aparılıb. Tanya Kryuçkinanın sözlərinə görə, ona rəhbərlik haqqında da suallar verilib və hələlik bu haqda danışmaq istəmir. Qeyd edək ki, dindirmələr davam etdiyindən RATİ-nin hər iki əməkdaşına ölkədən çıxmaq qadağan olunub. 
Qeyd edək ki, Reportyorların Azadlığı və Təhlükəsizlik İnstitutunun ofisi avqustun 11-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin əməkdaşları tərəfindən möhürlənib və təşkilat fəaliyyətini dayandırıb. 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək

Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı qərar verdi

Qətlə görə saxlanılan direktor müavini imiş - Yenilənib, Foto

Sabirabadda dəfn olundu, Bakıda televizor alanda tutuldu

Putin Peskovla bağlı qərarını açıqladı - Foto

Ceyhun Bayramovla ATƏT sədri arasında görüş keçirilib - Yenilənib

Köç karvanı Şuşaya çatıb, açarlar sakinlərə təqdim edilib - Yenilənib 

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Baş nazirdən həqiqi hərbi xidmətə çağırışla bağlı qərar

Natiq Miri: Hər tərəfdə kim nə düşünürsə düşünsün, Azərbaycana möhtacdırlar...

Ən çox oxunanalar