2016-cı ildə Rusiyadan Azərbaycana daha 100 yük vaqonu çatdırılacaq
Bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətindən bildiriblər.
Məlumata əsasən, Rusiyanın "Uralvaqonzavod" SC ilə müqavilə hələ ötən il imzalanıb. Müqaviləyə əsasən, Azərbaycan müxtəlif növ 3100 yük vaqonu alacaq: "Onların arasında sisternlər, yarımvaqonlar, konteynerlərin daşınması üçün platformalar və s. var. 3 min vaqon artıq Azərbaycana çatdırılıb və QSC tərəfindən istifadə edilir. Qalan 100 vaqon isə bu il çatdırılacaq".(virtual.org)
pia.az