Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sabirabadın icra başçısı postu uğrunda çəkişmə


Kür-Araz Çaylarında Bəndlərin İstismarı İdarəsinin rəisi Elman Nuriyev idarədə isləyən qohumları və yaxınlarına bildirib ki, nöqsansız və qüsursuz işləsinlər


Buna səbəb isə Elman Nuriyevin qohumlarının ona arxalanaraq özlərini digər işçilərdən üstün tutmasıdır. Bu hal idarə rəisini çətin duruma qoyub əlavə xərcə salıb, söz-söhbətə yol açıb. 

İki il əvvəl idarə rəisinin qohumu olan Cavad kənd sakini Zabit Ağayev ona məxsus UAZ markalı avtomaşında qanunsuz dizel yanacağı satarkən Kürdəmir RPŞ-nin polis kapitanı Aqil Kərimov tərəfindən saxlanılmışdır. Zabit Ağayev polisə tabe olmamaq üçün özünü yandırmışdı. Zabit Ağayevin yanacaq satarkən tutulması , özünü yandırması və yüngül yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilməsi ölkə boyu kütləviləşdi, idarə rəisini çətin vəziyyətə saldı. Hətta, Elman Nuriyevə qohumunun yanacaq satmasına dair deyil, özünü yandırmasına görə ciddi şəkildə irad bildirilmişdir. Bu səbəbdən də idarə rəisi qohumlarına tapşırıb ki, özlərini maksimum səviyyədə nümunəvi aparsınlar.

Mənbənin verdiyi məlumata görə, idarə rəisi adının hallanmasını hazırda da istəmir. Çünki, onun müəyyən "planları" var ki, bu barədə də hələlik plan müəllifi məxfi qalmağı üstün tutur.

Bir müddət əvvəl Elman Nuriyevin Sabirabad rayon İcra Hakimiyyətinin başçısı olmaq ehtimalını vurğulamışdıq. Hətta onda qeyd etmişdik ki, Elman Nuriyev icra başçısı olmaqla bərabər, həm də Sabirabad rayonunda yerləşən “Meliorasiya və Su Təsərrüfatı” ASC-yə məxsus idarələri nəzarətdə saxlamaq istəyir. Bir il bundan qabaq qeyd etdiyimiz məsələ hazırda da qüvvəsini saxlayır. Çünki, Sabirabadda yerləşən meliorasiya idarəsi rəhbərlərindən birinin Elman Nuriyevin rayona rəhbərliyinin faydalı ola biləcəyini vurğulaması zamanında irəli sürdüyümüz ehtimalları doğruldur. Bu təsadüfi sayıla bilməz və planlaşdırılmış işin tərkib hissəsidir. Hətta, Elman Nuriyev rayonun rəhbəri olacağı halda yerinə müavini Paşa müəllimin təyin edilə biləcəyi vurğulanır.

Məlumat üçün bildirək ki, Kür-Araz Çaylarında Bəndlərin İstismarı İdarəsi kifayət qədər vəsait israfçılığına yol vermiş bir idarə olub. Orada külli-miqdarda dövlət vəsaitinin özününküləşdirilməsi idarə rəisi üçün çətin olmayıb. Dövlət vəsaiti sahə rəislərinin əli ilə müxtəlif təyinatlı işlərin həyata keçirilməsi zamanı silinib. Mətbuat bunu yazıb, qeyd edib. Bütün bunlar da kifayət qədər imkanı olan Elman Nuriyevin daha yüksək vəzifədə işləməsinə hardasa şərait yaradır. (faktinfo.az) 

Qarşı tərəfin mövqeyini verməyə hazırıq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək

Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı qərar verdi

Qətlə görə saxlanılan direktor müavini imiş - Yenilənib, Foto

Sabirabadda dəfn olundu, Bakıda televizor alanda tutuldu

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Ceyhun Bayramovla ATƏT sədri arasında görüş keçirilib - Yenilənib

Putin Peskovla bağlı qərarını açıqladı - Foto

Köç karvanı Şuşaya çatıb, açarlar sakinlərə təqdim edilib - Yenilənib 

Baş nazirdən həqiqi hərbi xidmətə çağırışla bağlı qərar

Natiq Miri: Hər tərəfdə kim nə düşünürsə düşünsün, Azərbaycana möhtacdırlar...

Ən çox oxunanalar