Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Siyavuş Novruzov səsvermə qalmaqalına haqq qazandırdı


“Milli Məclisdə bir deputatın səsə qoyulan məsələ ilə bağlı digər həmkarının yerinə səs verməsi normaldır”.

 
Bunu  Milli Məclisin İntizam Komissiyasının sədri, YAP icra katibinin müavini Siyavuş Novruzov deyib.

 “Ola bilər ki, deputat müsahibə vermək üçün, yaxud hansısa məktubun göndərilməsi ilə əlaqədar iclas zalını tərk edir. Həmin qanuna razılığın bildirirsə və deputat həmkarlarına onun yerinə səs verməsini xahiş edirsə, burda qəbahət yoxdur. Qanun layihələrindən narazıdırsa, onun əleyhinə də səs verməyi xahiş edir”. 

YAP-çı deputat onu da qeyd edib ki, bu cür hallar normaldır və dünyanın hər yerində müşahidə olunur: 

ABŞ Konqresində məruzəçi olanda orda cəmi dörd-beş nəfər iştirak edir. Digərləri isə hərəsi öz otağında ayrı-ayrı nümayəndə heyətlərini qəbul edir. Onlar otaqlarındakı televiziya vasitəsi ilə prosesi müşahidə edirlər. Kim çıxış etmək istəyirsə, dərhal zala gəlib söz götürüb fikir bildirir. Çıxış etmirsə, yekunda gəlib öz səsini verir”.

Qeyd edək ki, Azərbaycan Milli Məclisin iclaslarında bir deputatın digər həmkarlarının yerinə səs verməsi halları tez-tez müşahidə olunur. Bu azmış kimi hətta bəzən parlamentin deputat olmayan bəzi işçiləri də millət vəkilinin yerinə səs verirlər.

Xatırladaq ki, parlamentin aprelin 18-də keçirlmiş son iclası bu baxımdan xüsusilə yadda qalıb. Bəzi qanun layihələrinin səsverməsi zamanı zalda yetərsayı yetərli etmək üçün Milil Məclisin operatoru Akif bəzi deputatların yerinə səs verib. Bu isə mediada geniş müzakirələrə yol açıb.(modern.az)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Dəhşətli qəzada həlak olan qazinin görüntüsü - Yenilənib,Video,Foto

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Talıb Talenin özündən 15 yaş kiçik nişanlısının görüntüləri yayıldı - Video

Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək

ABŞ Azərbaycanla Ermənistan arasında sülhün mümkünlüyünə inanır

Deputat: “Uşağı əməliyyatla dünyaya gətirirlər, bunun nəyi analıqdır?!” - Video

AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib

Ən çox oxunanalar