Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vasif Talıbov fərman imzaladı



17 noyabrı Bayraq Günü elan etdi


Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov muxtar respublikada Dövlət Bayrağı Gününün qeyd olunması ilə bağlı fərman imzalayıb

Fərmana görə, hər il noyabrın 17-də Naxçıvanda Dövlət Bayrağı Günü kimi qeyd olunacaq.

Fərmanda Naxçıvanın Azərbaycanın dövlətçilik tarixində mühüm yer aldığı vurğulanır: "Burada böyük dövlətçilik ənənələrinin əsası qoyulub. X əsrdə Naxçıvan şahlığı, XII əsrdə Azərbaycan Atabəylər dövləti yaranmış, XVIII-XIX əsrlərdə Naxçıvan xanlığı, XX əsrin əvvəlində Araz-Türk Respublikası fəaliyyət göstərmişdir. Azərbaycanın bu tarixi ərazisində formalaşan ən qiymətli sərvətlərdən biri də Naxçıvanın muxtariyyətidir. Naxçıvan Muxtar Respublikasının 1998-ci il Konstitusiyasında isə Naxçıvan muxtar dövlətinin rəmzlərinin Azərbaycan Respublikasının Dövlət Bayrağı, gerbi və Dövlət Himni olduğu təsbit edilmişdir".

Fərmanda qeyd olunur ki, Azərbaycan Xalıq Cümhuriyyətinin 9 noyabr, 1918-ci ildə qəbul etdiyi üçrəngli bayraq ikinci dəfə Naxçıvanda - 1990-cı il, noyabrın 17-də muxtar respublikanın Dövlət Bayrağı kimi qəbul olunub. Həmin günün dövlətçilik tarixindəki əhəmiyyəti nəzərə alınaraq bu fərmanın verildiyi qeyd olunur.

Noyabrın 17-də Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanının açılışı olub. Bayraq dirəyinin hündürlüyü 57 metrdir. Burada dalğalanan üçrəngli bayrağın uzunluğu 20, eni isə 10 metrdir. Bayraq dirəyinin pyedestalının altında Bayraq Muzeyi yaradılıb ("Azadlıq" radiosu).


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Dəhşətli qəzada həlak olan qazinin görüntüsü - Yenilənib,Video,Foto

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Talıb Talenin özündən 15 yaş kiçik nişanlısının görüntüləri yayıldı - Video

“Trendyol” Azərbaycan üçün qiymətləri kəskin artdı

Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək

ABŞ Azərbaycanla Ermənistan arasında sülhün mümkünlüyünə inanır

Ən çox oxunanalar