Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xələf Xələfov jurnalistlərə açıqlama verib


XİN müavini Azərbaycanın Rusiya-Türkiyə ilə münasibətindən danışıb


“Biz Türkiyə və Rusiya arasında münasibətləri yüksək səviyyədə qurmağa çalışırıq. Türkiyə ilə Rusiya arasında son dövrlərdə münasibətlərin yaxınlaşması Azərbaycanın maraqlarına uyğundur və biz bunu alqışlayırıq”

Ans-press-in məlumatına görə, bunu Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov jurnalistlərə açıqlamasında deyib.

O, qeyd edib ki, hər iki dövlətlə yüksək səviyyədə münasibətlər qurmaq vacibdir. Onun sözlərinə görə, Rusiya və Türkiyə regionun nüfuzlu dövlətləridir və Azərbaycanın hər iki dövlətə yüksək etimad münasibəti var. 

“Türkiyənin inkişaf etməsi Azərbaycanın marağına uyğundur. Biz bunu alqışlayırıq. Region dövlətləri arasında münasibətlərin inkişafı əlaqələrin genişlənməsinə, bölgənin təhlükəsizlik və sabitliyin qorunmasına xidmət edir”.

Onun sözlərinə görə, regionda sabitliyin qorunması münaqişələrin həllinə müsbət təsir göstərəcək: “Nəzərə alsaq ki, Rusiya Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vasitəçidir, Türkiyə Ermənistanla da qonşudur, bu o deməkdir ki, iki dövlətin münasibətlərinin yaxşılaşması münaqişənin həllinə müsbət təsir edə bilər. Biz də bunu gözləyirik”.
O, regiondakı münaqişələrin həll edilməsi hər kəsin marağında olduğunu da vurğulayıb. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Dəhşətli qəzada həlak olan qazinin görüntüsü - Yenilənib,Video,Foto

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Talıb Talenin özündən 15 yaş kiçik nişanlısının görüntüləri yayıldı - Video

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

“Trendyol” Azərbaycan üçün qiymətləri kəskin artdı

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Ən çox oxunanalar