Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xətai rayonu Heydər Əliyev parkında 1 iyun Uşaqların Beynəlxalq müdafiəsi günü qeyd olunub



31 may 2016-cı il tarixdə Xətai rayonunda rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin adını daşıyan parkda “Beynəlxalq Uşaq Günü” münasibətilə təntənəli tədbir keçirilib


İlk öncə tədbir iştirakçıları Ulu Öndərin abidəsi önünə tər çiçək dəstələri düzüblər.

Məlum olduğu kimi Beynəlxalq Millətlər Təşkilatının 1950-ci  il iyun ayının 1-də keçirilən  "Qadınların Beynəlxalq Konfransı"nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səsləndikdən sonra  elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib. Beləliklə, iyunun 1-i  tarixə “Uşaqların Beynəlxalq Müdafiəsi Günü” kimi düşüb. Dünyanın əksər ölkələrində olduğu kimi, həmin gün Azərbaycanda da böyük təntənə ilə qeyd edilir.


PİA.AZ xəbər verir ki, bu gün Xətai rayonu Heydər Əliyev parkında 1 iyun Uşaqların Beynəlxalq müdafiəsi günü ilə bağlı tədbir keçirilib. Tədbirdə Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov olmaqla rayon rəhbərliyi və Xətai rayonundan Milli Məclisdə təmsil olunan deputatlar iştirak edib.

Tədbirdə çıxış edən Xətai rayon İcra Hakimiyyətinin başçısı cənab Razim Məmmədov uşaqları, onların valideynlərini,  qonaqları, eləcə də bütün iştirakşıları  salamlayaraq,  “1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü” münasibəti ilə təbrik etdi, onlara can sağlığı, xöşbəxt həyat və sevinc dolu günlər arzulayıb. İcra başçısı bildirib ki, uşaqlar hər zaman Azərbaycan dövlətinin diqqət mərkəzindədir. Onlar həmişə dövlət qayğısı ilə əhatə olunublar. Uşaqlar həmişə Ulu Öndər Heydər Əliyevin sevimlisi olmuşlar. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev uşaqların sağlam və firavan böyüməsini, onların rifahının yüksəldilməsini dövlət siyasətinin başlıca vəzifələrindən biri kimi müəyyən edib. Körpə balalarımızın sağlamlığı, təlim və tərbiyəsi daim ölkəmizin  birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Fondun prioritet vəzifələrindəndir.  Xətai rayonunda da dövlət siyasətinin bir hissəsi olaraq, bütün uşaq müəssisələri, xüsusən də valideyn himayəsindən  məhrum  olmuş uşaqlar - 3 saylı Uşaq evinin və “SOS-Uşaq kəndi”nin sakinləri rayon İcra Hakimiyyətinin və digər əlaqədar təşkilatların daim diqqət mərkəzindədir. Hər iki müəssisədə 165 uşaq məskunlaşıb. Rayon ərazisində ümumilikdə  47 körpələr evi- uşaq bağçası fəaliyyət göstərir. 

Sonra çıxış edənlər - Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri  Hicran  Hüseynova, millət vəkilləri Hüseynbala Mirələmov, Fuad Muradov və başqaları çıxışlarında ölkəmizdə uşaqlara dövlət qayğısından, uşaq siyasətindən, bununla bağlı görülən işlərdən, danışdılar.

Tədbir tanınmış incəsənət ustalarının və rayon özfəaliyyət kollektivlərinin konsert proqramı ilə davam edib.

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Dəhşətli qəzada həlak olan qazinin görüntüsü - Yenilənib,Video,Foto

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Talıb Talenin özündən 15 yaş kiçik nişanlısının görüntüləri yayıldı - Video

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

“Trendyol” Azərbaycan üçün qiymətləri kəskin artdı

ABŞ Azərbaycanla Ermənistan arasında sülhün mümkünlüyünə inanır

Ən çox oxunanalar