Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şəmkirdə ehsan qalmaqalı


Ehsan vermək istəyən Qapanlı kənd sakininə polislər xəbərdarlıq edib


Bu barədə Qapanlı sakini Cahangir Məmmədov  bildirib. Onun sözlərinə görə, bu gün - oktyabrın 19-da polis əməkdaşları onların evinə gələrək ehsan verməməsini istəyiblər.
 
O, qayınanasının vəfat etdiyini və oktyabrın 20-də üç mərasimi ilə bağlı ehsan süfrəsi açmağa hazırlaşdığını bildirib. C.Məmmədov qeyd edib ki, ehsan süfrəsi təşkil etmək məqsədi ilə 220 kilo ət artıq hazırdır:
 
“Ancaq ehsan verməyə qoymurlar. Polislər həyətə gəldilər. Bizə dedilər ki, ehsanda yemək vermək olmaz. Biz də heyvan kəsmişik, doğramışıq, tədarük görmüşük. Deyirlər ki, belə göstəriş verilib, vəssalam. Mən də bu qadağanın hansı qanunda əksini tapdığını soruşdum. 
 
Dedilər ki, tapşırıq belədir. Yas məclisində ehsan verməmək rəsmi şəkildə qadağan olunmayıb axı? Sadəcə, məsləhət görülüb ki, israfçılıq etməyin. Polis əməkdaşları isə təkidlə bildirdilər ki, ümumiyyətlə ehsan verməyək”.
 
Şəmkir sakini rayon icra hakimiyyətinə də müraciət edib: 
 
“İcra hakimiyyətindən Arzuman müəllimlə əlaqə saxladıq. O da dedi ki, yasda yemək süfrəsi açmaq olmaz. İndi 220 kilo ət meydanda qalıb. Əgər icazə verməsələr, 220 kilo əti camaata paylamalı olacağıq”.
 
Xatırladaq ki, ehsan verməmək qanunla tənzimlənmir. Hökumət qeyri-rəsmi şəkildə ehsan süfrəsində yemək verilməməsi və çay mərasimi ilə məclisin tamamlanmasını tövsiyə edib. (Axar.az)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dəhşətli qəzada həlak olan qazinin görüntüsü - Yenilənib,Video,Foto

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək

Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı qərar verdi

Qətlə görə saxlanılan direktor müavini imiş - Yenilənib, Foto

Sabirabadda dəfn olundu, Bakıda televizor alanda tutuldu

Putin Peskovla bağlı qərarını açıqladı - Foto

Ceyhun Bayramovla ATƏT sədri arasında görüş keçirilib - Yenilənib

Köç karvanı Şuşaya çatıb, açarlar sakinlərə təqdim edilib - Yenilənib 

Baş nazirdən həqiqi hərbi xidmətə çağırışla bağlı qərar

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Ən çox oxunanalar