Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hacı İbrahimin gözəlçələri işsiz qaldı - Fotolar

Son günlər həbsi barədə məlumatlar yayılan tanınmış iş adamı Hacı İbrahim İbrahimovun (İbrahim Nehrəmli) prezidenti olduğu “Avesta Concern” şirkəti ləğv olunub


Bu barədə Publika.az-a Hacı İbrahim Nehrəmlinin köməkçisi məlumat verib.

 Məlumatda qeyd olunur ki, iş adamı Azərbaycan Beynəlxalq Bankına olan borcla əlaqədar sözügedən şirkəti satışa çıxarıb. Bir neçə gün əvvəl isə “Avesta Concern”nin bütün işçilərinə işə gəlməməklə bağlı xəbərdarlıq edilib. Səbəb kimi isə şirkətin ləğv olunması və yaxud satışa çıxarılması göstərilib.

Bundan əlavə, şirkətin həyata keçirdiyi “Khazar Islands New City”, “Gold City” və digər layihələri də müvəqqəti olaraq dayandırılıb.

İşdən çıxanlar arasında “Avesta Concern”-nin vitse-prezidenti Taleh Quliyev, ictimaiyyətlə əlaqələr mərkəzinin rəhbəri Xaqani Cəfərli və digər şəxslər də var. İşçilərə deyilib ki, borcunu ödəyə bilsə, o zaman işçilərin hər biri təkrar öz vəzifələrini icra etmək üçün şirkətə çağırılacaq.

Qeyd edək ki, bir qədər öncə Hacı İbrahim “Avesta” Konsernini əvvəəlcə 45, sonra isə 23 milyon dolara satışa çıxardığına dair məlumat yayılmışdı. Ancaq görünür Hacı borc içində batmış şirkətinə müştəri tapa bilmir.

5BAHacı İbrahim İbrahimovun (İbrahim Nehrəmli) prezidenti olduğu “Avesta Concern” şirkəti fəaliyyətinə xitam veriləndən sonra şirkət işçiləri də avtomatik olaraq ixtisara düşüb. Publika.az-ın məlumatına görə, işdən çıxarılanlar arasında ötən il Hacı İbrahim Nehrəmli tərəfindən Azərbaycana dəvət olunmuş və yüksək məvaciblə “Avesta Concern”ndə işə götürülmüş dünyanın bir sıra populyar modelləri də var. Bunlar “Miss Globe International 2014” gözəllik müsabiqəsində Avstraliyanı təmsil edərək qalib olan Esma Voloder və həmin müsabiqədə “Miss Khazar Islands” seçilmiş Ukrayna təmsilçisi Anastasiya Kostiçdir.Həmin modellərin müxtəlif vaxtlarda Bakıda və digər yerlərdə çəkilmiş fotolarını da təqdim edirik.

pia.az







Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Dəhşətli qəzada həlak olan qazinin görüntüsü - Yenilənib,Video,Foto

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Talıb Talenin özündən 15 yaş kiçik nişanlısının görüntüləri yayıldı - Video

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

“Trendyol” Azərbaycan üçün qiymətləri kəskin artdı

MİDA tenderlərində MTK-ların iştirak etməməsinə aydınlıq gətirib

Ən çox oxunanalar