Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

MM-in deputatları toxunulmazlığın ləğvi əleyhinədir


Zahid Oruc: “Qərarın Azərbaycanda qəbul ediləcəyini...”; Fərəc Quliyev: “Doğru saymıram”; Fəzail Ağamalı: “Ehtiyac yoxdur”


Türkiyə Böyük Millət Məclisi deputatların toxunulmazlıq hüququnun ləğvi ilə bağlı qalmaqallı qanun layihəsini təsdiqləyib.

 Qərarın millət vəkilləri tərəfindən qəbulu geniş müzakirələrə yol açıb. 

Xüsusilə, CHP və HDP partiyaları bunu özlərinə qarşı təhlükə hesab edərək, onların parlamentdən uzaqlaşdırılması ilə bağlı belə bir qanun layihəsinin qəbul edildiyini iddia edirlər. Layihə 550 nəfərlik parlamentdə 376 deputatın dəstəyini qazanıb. Bu isə o deməkdir ki, referenduma ehtiyac olmadan deputatların toxunulmazlıq hüququ birmənalı şəkildə ləğv olunacaq. 

Əslində qalsa, belə bir qərarın qəbulu zaman-zaman təkcə Türkiyədə deyil, müxtəlif ölkələrdə də səsləndirilib. Buna misal olaraq Ukraynanı göstərmək olar. Üç ay öncə Ukrayna prezidenti Petro Poroşenko belə bir təşəbbüslə çıxış edib. Azərbaycanda da qonşu ölkədə millət vəkilləri ilə bağlı qəbul edilən qərar birmənalı qarşılanmayıb. Deputatların bununla bağlı mövqelərini aldıq.

İqtidaryönlü deputat Zahid Oruc bu məsələnin daim bütün ölkələrdə gündəmdə olduğunu söylədi: 

“Napoleon dövrünün parlamentini xatırlamaq kifayətdir. O dövrdə siyasi qurumlar üz-üzə dayanmışdılar. Edam hökmünü yerinə yetirənə qədər hakimiyyəti ələ keçirmiş qüvvələrin belə qərarları parlamentdəki bu tipli müzakirələrdən keçirdi. Qardaş ölkədə bu qərarın qəbulunun deputatları xalqa yaxınlaşdırmaq, onlarla eyni hüquqlarının olması barədə müxtəlif fikirlər var. Onlar da əsassız deyil. Orada qüvvələr nisbəti məlumdur ki, dəyişib. Müxtəlif layihələr var. Ona görə belə bir qərar verildi. Hər bir halda bu komissiyadan keçdi. Ona görə də bizim hörmətlə yanaşmağımız vacibdir. Azərbaycanda da bu tipli layihənin müxtəlif dövrlərdə qaldırıldığını xatırlayıram. Düşünürəm ki, parlament üzvü hər bir vətəndaşla bərabər qanun qarşısında cavabdehlik daşımalıdır. O, qətiyyən hüququnu qabartmamalıdır. Açığı, bu cür qərarın Azərbaycanda qəbul ediləcəyini gözləmirəm. Cəmiyyət daxilində bununla bağlı fikirlər səslənsəydi, bəlkə də qəbul edilərdi. Amma indiyə qədər bu məsələ elə də ciddi narazılıq yaratmayıb. Arzu edirəm ki, həmkarlarımız qanuna daim əməl etsinlər. Bu məsələnin ölkəmizdə həllini real saymıram”.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev deputat toxunulmazlığı hüququnun götürülməsini doğru saymır: 

“Bunu özümün deputat olmağıma görə demirəm. Deputatın üzərindən bu hüququ götürmək düzgün deyil. Onda belə çıxır ki, istənilən polis, prokuror deputata qarşı istədiyini edə bilər? Əgər qanunverici orqan icraedici orqan üzərindəki funksiyasını həyata keçirə bilməyəcəksə, o zaman ölkədə xaos yaranar. Bu gün Türkiyə yaşananlar əvvəlcədən baş verən xətaların nəticəsidir. Çünki HDP parlamentə buraxılmamalı idi. PKK-nin sürünüb parlamentə girməsi yanlış idi. Məqsəd burada Türkiyənin bölücülüyünün qarşısını almağa yönəlib. Müxtəlif ölkələrdə belə hallar ola bilər. Amma ümumiyyətlə, dünyanın heç bir ölkəsində deputatların toxunulmazlıq hüququnun ləğvini doğru saymıram”.

Ana Vətən Partiyasının sədri, iqtidaryönlü deputat Fəzail Ağamalı fərqli münasibət sərgilədi: “Qardaş Türkiyədə və digər ölkələrdə baş verənlərin dərhal ölkəmizə təsiri axtarılır. Bu cür yanaşmaların əleyhinəyəm. Hər bir dövlətin spesifik xüsusiyyətləri, yaşadığı şərait, məruz qaldığı çağırışlar, geosiyasi məkanda tutmuş olduğu yer var. Bunların hamısı şərtlərdir. Hər bir ölkədə siyasi proseslərə ciddi təsir edir. Nəticədə parlamentdə müxtəlif yanaşmalar meydana çıxır. Türkiyədə bu cür halın meydana çıxmasının müxtəlif səbəbləri mövcuddur. Bu da onunla bağlıdır ki, parlamentdə təmsil olunan Dəmirtaş adlı yaramaz var. O, Türkiyə əleyhinə olan siyasi oyunların içərisindədir. Rusiyadan hərtərəfli dəstək alaraq, bundan qardaş ölkənin əleyhinə istifadə edir. Digər tərəfdən PKK-nı dəstəkləyir. 

Eyni zamanda Türkiyənin ərazi bütövlüyünə olan təhdidlərə açıq dəstək verir. Bu şəxsin də toxunulmazlığı var. Bu toxunulmazlıq götürülməlidir ki, o şəxs bu cür addımlar atanda ona qarşı qanun çərçivəsində addımlar atılsın. Türkiyədə bu baxımdan deputatların üzərindən bu hüquq götürüldü. Azərbaycanda bu şərait yoxdur. Milli Məclisdə terrorizmə çağırış edən deputat yoxdur. Əgər belə hal olarsa, konstitusiya ilə prokurorluğun deputatın toxunulmazlıq hüququnu ləğv etmək səlahiyyəti var. Haqqında isə cinayət işi açılır. Belə halları dəfələrlə görmüşük. Bu baxımdan düşünürəm ki biz də belə dəyişikliyə ehtiyac yoxdur”. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Dəhşətli qəzada həlak olan qazinin görüntüsü - Yenilənib,Video,Foto

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Talıb Talenin özündən 15 yaş kiçik nişanlısının görüntüləri yayıldı - Video

Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək

ABŞ Azərbaycanla Ermənistan arasında sülhün mümkünlüyünə inanır

Deputat: “Uşağı əməliyyatla dünyaya gətirirlər, bunun nəyi analıqdır?!” - Video

AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib

Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı qərar verdi

Ən çox oxunanalar