Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

BDU-nun “qələmi qırılmış yarımallahının” qara günləri...

BDU-dakı yoxlamalar artıq sabiq olan rektorun həbsi ilə nəticələnə bilər

Abel Məhərrəmovun Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən qovulması xəbərinin ardından onun barəsində ilginc informasiyalar yerli medianın aparıcı rubruikalarında yer almağa başlayıb. Onun və oğlunun fırıldaq biznesi ilə məşğul olması ilə bağlı xəbərlər yayılar-yayılmaz 5 müavininin də işdən uzaqlaşdırılması barədə məlumat tirajlandı.

Redaksiyamıza daxil olan informasiyalara görə, həmiş şəxslərin tez-tələsik vəzifədən alınmasının səbəbi əlaqədar orqanların BDU-da yoxlamalara başlamasıdır. Ölkə rəhbərliyinin göstərişi ilə başlanan yoxlamalara müavinlərin mane olma cəhdlərini önləmək, Məhərrəmov və dəstəsinin hazrılıqsız yaxalamaq üçün bu addımın atıldığı söylənilir. Əldə etdiyimiz məlumata görə, Abel Məhərrəmovun həbsi də istisna olunmur.

Azərbaycanın ən nüfuzlu və ən gəlirli universitetinin rektorunun Azərbaycan vətəndaşlarını aldadaraq onlara bahalı brend çaxır adıyla yerli çaxır içirmək üçün baş vurduğu tryuk adi dələduzluq tryukudur, lakin bu tryuk öz miqyası ilə çox böyükdür. Beş-on manat qazanmaq adına Azərbaycanın İspaniyadkı dövlət təmsilçisi olan oğlunu belə dələduzluğun tərkib hissəsi edən və burdan İspaniyaya, İspaniyadan da buraya tonlarla çaxırı daşıyan Abel Məhərrəmovun bu qədər dar dünyagörüşə sahib olması adamı heyrətə salır. Ona görə ki, bu ölkənin ən titullu şəxslərindən biri olan və ən titullu tədris mərkəzinə rəhbərlik edən Abel Məhərrəmovun uzun illər boyu elə bu ölkədə əldə etdiyi gəlirlər ona elə böyük sərvət qazandırmışdı ki, bu boyda imicə və sərvətə sahib olan bir adamın özü ilə İspaniyaya çaxır çəlləkləri daşıyaraq fırıldağa əl atması artıqtamahlığın ən yüksək həddidir.

Sabiq rektorun maddi gəlirlərinə gəlincə, Bakı Dövlət Universitetinin qapılarından içəri girən hər kəs bilir ki, BDU ölkənin ən qazanclı unuversitetidir. Abel Məhrrəmov BDU-ya rektor təyin olunduqdan sonra bir vaxtlar ali təhsil məbədgahı olmuş bu müəssisədə rüşvət ayaq açıb yürüdü. Hətta rüşvətxorluq elə bir səviyyəyə gəlib çatdı ki, adi müəllimləri də işə rüşvət qarşılıqında götürməyə başladılar.

Lakin Abel müəllimin qazancı təkcə tələbələrdən alınan bu rüşvət deyildi. Mürəkkəb və böyük şəbəkəyə sahib olan BDU-nun hər tərəfindən Abel müəllim üçün pul axırdı və bu pulların hesabına da Məhərrəmov özünü BDU-da yarımallah kimi aparırdı. Universitetdə hər atdığı addımda onu 5-6 qoruma qoruyurdu ki, bu da onu göstərirdi ki. Abel müəllim çoxminlik tələbələrinin onu sevmədiklərini və hətta ona nifrət etdiklərini çox yaxşı bilir. Lakin bu nifrəti yaradan səbəbləri tapıb ortadan qaldırmaq və tələbələrlə özü arasında körpü yaratmaq əvəzinə universitetin koridorlarında mühafzəçilərlə addımlaması görünür ki, Abel müəllimə xüsusi ləzzət verirmiş. Məhz bu, ona özünü yarımallah kimi hiss eləmək imkanı tanıyırmış. Və BDU-nun yarımallahının özüylə İspaniyaya iki ton çaxır daşıyıb üzərində brend marka olan şüşələrə doldurması da, həmçinin bu yarımallahın nə qədər dar düşüncəli və elə o qədərdə tamahkar olmasının göstəricisi oldu...

Abel Məhərrəmovun tamahı yuxarıda qeyd olunanlarla bitməyib. Onun rəhbərlik etdiyi layihələrdə çalışan alimlərin dediyinə görə, sabiq rektor Avropanın və ABŞ-ın bir sıra donor təşkilatlarından külli miqdarda qrant layihələri keçirir və bu projelərlə bağlı işləri istedadlı və kasıb tələbələrinə gördürür, qarşılığında onlara qəpik-quruş verir, vəsaitin çoxunu özü mənimsəyirmiş.

Universitetdəki təmir-tikinti işlərinin araşdırılmasına da ciddi ehtiyacın olduğu bildirilir. Çünki həmin işlərin görülməsi üçün dövlət satınalmaları barədə qanunvericiliyin tələbləri ciddi şəkildə pozulub, tender və katirovkalar Abel Məhərrəmova yaxın şəxslərə verilib.

Maraqlı məsələlərdən biri də odur ki, Abel Məhərrəmov unuversitetdəki bahalı avadanlıqlardan hər il kifayət qədər pul qazanıb. Belə ki, həmin avadanlıqlara heç kimi yaxın buraxmayan rektor hər il bu avadanlıqlaraın "xarab" hissələrini yeniləmək üçün külli miqdarda pul xərcləyib. Daha doğrusu, heç bir hissəni dəyişdirmədən bu hissələri almaq üçün ayırdığı pulları universitetin büdcəsindən çıxarıb öz cibinə qoyub. BDU-da isə belə faktlar çoxdur..

Mövzunu davam etdirəcəyik.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Dəhşətli qəzada həlak olan qazinin görüntüsü - Yenilənib,Video,Foto

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

Talıb Talenin özündən 15 yaş kiçik nişanlısının görüntüləri yayıldı - Video

Ən çox oxunanalar