Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Trampın cəzalandırmaq istədiyi sosial təbəqə: İranın mötədil, islahatçı orta sinfi mühafizəkarlaşa bilər

Giti Purzəki

(İmam Xomeyni Araşdırma İnstitutu İslami Siyasi Düşüncə kafedrasının dosenti)

“Diplomasi İrani”, 18.04.2019

ABŞ prezidenti Donald Trampın diplomatik jestləri və mövqeyinə baxmayaraq, onun İrana qarşı təcavüzkar və radikal siyasəti ölkənin vətəndaş cəmiyyətinə yardım göstərməyə və ya insan haqları və demokratiyaya keçid məqsədinə uyğun gəlmir. Bunun əksinə olaraq, Tramp administrasiyasının İran əleyhinə strategiyası ölkənin zəifləmiş orta sinfi və vətəndaş cəmiyyətinə zərər vurmağı və onu zəiflətməyi hədəfləyir.

Başqa sözlə, İranın təhsilli şəhər orta sinfi qəsdən və məkrlə ABŞ-ın sanksiyaları və təcavüzkar siyasəti ilə təqib olunur.

İranda orta sinif vətəndaş cəmiyyətinin dinamizmi və irəliləməsinin hərəkətverici qüvvəsidir. Ənənəvi olaraq, İranın orta sinfi mötədil və demokratiya tərəfdarıdır, habelə beynəlxalq birliklə qarşılıqlı əlaqə yaratmağa hazırdır.

Üstəlik, siyasi və iqtisadi sabitlik dövründə orta sinif azad iqtisadiyyatın və siyasi təşəbbüskarlığın tərəfdarı olub, seçkilərdə iştirak etmək üçün digər sosial təbəqələri birləşdirə və təşviq edə bilib.

Həmin sosial sinif ölkədəki çoxsaylı seçkilərin nəticələrinə təsir göstərmədə əhəmiyyətli rol oynayıb.

2013 və 2017-ci illərin prezident seçkilərində hazırkı İran prezidenti Həsən Ruhaniyə orta sinfin meylləri öz ölkəsinin sülhpərvər, tolerant və mötədil imicini dünyaya təqdim etməyə hazır olduğunu göstərir.

Bu sosial sinif Məhəmməd Cavad Zərifin rəhbərliyi ilə Xarici İşlər Nazirliyinin, rəsmi Tehranın P5+1 formatı ilə apardığı danışıqları, 2015-ci ilin iyul ayında Birgə Əməliyyat Planının (JCPOA) yekununu, Zərifin küçələrdə Con Kerri ilə təbəssümü və gəzintilərini və ümumiyyətlə, İranın dünya ictimaiyyətinə fərqli imicinin təqdimatını dəstəkləyib.

İranın gənc və təhsilli orta sinfi bu müsbət və perspektivli imicin memarı idi. Ölkənin vətəndaş cəmiyyəti bu yeni atmosferi səmimi şəkildə küçələrdə bayram edib, digər tərəfdən, iranofobiyanın yayılması layihəsi uğursuzluğa düçar olub, İranın beynəlxalq səviyyədə nüfuzu və davamlı inkişaf perspektivləri yüksəlib.

Xarici investorların daha çox cəlb edilməsi də İranı daha güclü bir dövlət halına gətirmək və orta sinfi daha ümidli, müzakirəyə açıq edə və əməkdaşlıq siyasətini dünya səviyyəsində gücləndirə bilərdi. Bundan əlavə, bu ssenarilərin ortaya çıxması halında, milli və beynəlxalq miqyasda İran mötədil və islahata meylli dövlət kimi daha çox populyarlıq əldə edərdi.

Ancaq bu baxış ABŞ-dakı yeni administrasiya və ona yaxın qrupun arzuladığı şey deyil. Yəni Tramp, Con Bolton, Brayan Huk, Səudiyyə Ərəbistanının gənc lideri Məhəmməd bin Salman və İsrail baş naziri Binyamin Netanyahu üçün. Buna görə də, anti-İran qrupu bu rəyə gəlib ki, daha çox sabitlik İrandakı sekulyar (dünyəvi) mühitin zəifləməsinə, ölkənin orta sinfinin möhkəmlənməsinə və bununla da sözügedən Yaxın Şərq dövlətinin milli və beynəlxalq səviyyədə daha müsbət imicinin təqdimatına gətirib çıxaracaq.

ABŞ JCPOA-dan çıxışını gündəmə gətirib, sərt birtərəfli sanksiyaların yenidən tətbiqi və İranın İslam İnqilabı Keşikçiləri Korpusunu (İİKK) “xarici terror təşkilatı” kimi səciyyələndirməklə, Tehrana iqtisadi təzyiqi artırmağı qərara alıb.

Trampın siyasi və diplomatik jestlərinə və mövqelərinə baxmayaraq, o, İranın orta sinfini iranofobiyanın yayılması layihəsində anti-İran qrupunun uğursuzluğunun əsas səbəbi olduğuna inanıb. Buna görə də, düşünür ki, ona zərər verilməli və ya cəzalandırılmalıdır!

Şübhəsiz ki, İranın şəhər orta sinfi təhlükə altındadır və sanksiyalardan sıxıldığı təqdirdə, daha da zəifləyəcək. Daha böyük iqtisadi təzyiq halında, bu sosial sinif mühüm və etirazçı səsini itirmiş, daha konservativ təbəqə ola bilər. Bu, öz növbəsində, İranda daha yekcins siyasi atmosferin yaranmasına gətirib çıxaracaq.

Bununla yanaşı, mövcud vəziyyət davam etdiyi təqdirdə, orta sinif tədricən siyasi və iqtisadi sahələrdə legitimliyi və təsirini itirə bilər. Eyni zamanda, bu vəziyyət ekstremistlərin artan güc və təsirləri, populyarlığının təşviqi ilə daha da kəskinləşə bilər.

Orta sinfin hələ də itiriləcək çox şeyi var; o, gələcəkdə Qərbə daha az güvənəcək və hakim zümrədən daha çox asılı olacaq.

Belə bir vəziyyətdə Tramp və müttəfiqlərinin əllərində İranın orta sinfinin boynunda yaratdıqları yaraların izləri qalacaq.(Tərcümə: Strateq.az)

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Dəhşətli qəzada həlak olan qazinin görüntüsü - Yenilənib,Video,Foto

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

Talıb Talenin özündən 15 yaş kiçik nişanlısının görüntüləri yayıldı - Video

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

“Trendyol” Azərbaycan üçün qiymətləri kəskin artdı

Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək

Ən çox oxunanalar