Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərəb Birliyi ölüb...

"Atlantic Council"-in eksperti bu rəydədir...

Casmin əl-Camal

“Project Syndicate”, 12.09.2019

Tarixən Yaxın Şərqdə çoxtərəfliliyin təşviqi vəzifəsi iki qurumun üzərinə düşüb: siyasi-iqtisadi və mədəni məsələlərdə əməkdaşlıq üçün Ərəb Dövlətləri Liqası (Ərəb Birliyi) və iqtisadi məsələlər üzrə geniş ittifaqı nəzərdə tutan Körfəz Əməkdaşlıq Şurası (KƏŞ). Üzvlüyündəki fərqlərə baxmayaraq, hər iki qurum İsrailə qarşı çıxmaq kimi vacib məsələlərdə Ərəb Birliyini təmin etmək və üzv ölkələr arasında qarşıdurmaların qarşısını almaq üçün vasitə rolunu oynamalı idi.

İsrail-Fələstin münaqişəsi on illər boyu ərəb ölkələrini Fələstin dövlətçiliyinə dəstək olmaq ətrafında toplayırdı. Lakin 2011-ci ilin “Ərəb baharı” qiyamlarından bəri 3 fikir ayrılığı ortaya çıxıb: İranın yaratdığı təhlükə, regional terrorizmin yayılması və siyasi İslamın (və ya islamçılığın) yüksəlişi.

Bu inkişaflar ənənəvi ittifaqları sıradan çıxarıb və bölgədə çoxtərəfli əməkdaşlığın daha fərqli nümunələrini yaradıb. Qərbin Yaxın Şərqə münasibəti, xüsusən də ABŞ-ın siyasəti bu tendensiyanı gücləndirə bilər.

Birincisi, sünni ərəb hökumətləri İranın regional təsirini və fəaliyyətlərini öz maraqlarına əsas təhdid kimi qiymətləndirirlər. Bir tərəfdən, Səudiyyə Ərəbistanı ilə Birləşmiş Ərəb Əmirlikləri, digər tərəfdən İran arasında getdikcə daha da artan düşmənçilik bu ölkələrin İsrailə qarşı ənənəvi ortaq müxalifətini pozub.

Həqiqətən də, bir sıra ərəb hökumətləri İran təhlükəsini aradan qaldırmaq üçün İsraillə əlaqə təməli qurub. Xeyli dərəcədə pərdə arxasında baş verən bu əməkdaşlıq 2019-cu ilin fevral ayında Varşavada, ABŞ-ın rəhbərlik etdiyi “İran əleyhinə” konfransda aşkarlanıb və İsrail baş naziri Binyamin Netanyahu ərəb-İsrail münasibətlərində irəliləyiş olduğunu bildirib.

Səudiyyə Ərəbistanıİran bölgədəki strateji rəqabət və qarşıdurmanı davam etdirdikcə, bu əlaqələr daha da güclənəcək.

İkincisi, Yaxın Şərqdə cihadçı terror təhlükəsi Suriya və Liviyadakı şiddətli qarşıdurmalarla daha da güclənib və o vaxtdan bəri Misir, Tunis, İordaniya və digər ölkələrdə çoxsaylı münaqişələrdə özünü büruzə verib. Bu, Ərəb Birliyini parçalayıb və üzv ölkələri üz-üzə qoyub.

Liviyanın o zamankı hökmdarı Müəmmər Qəddafi 2011-ci ilin əvvəlində ölkəsində baş verən xalq üsyanını şiddətlə dağıtdıqdan sonra, məsələn, Liqa Liviyanı təşkilatdan kənarlaşdırıb və həmin il NATO və Liviya üsyançı qüvvələri tərəfindən Qəddafinin devrilməsini fəal şəkildə dəstəkləyib.

Çox keçmədən Ərəb Birliyi üzvləri “bölgədə terrorizmin yayılmasına yol verdiyinə görə” Suriya prezidenti Bəşər Əsədiqınayıb və Suriyanı Liqadan çıxarıb. Bu gün Liqa Suriyanın üzvlüyü məsələsinə görə bölünüb.

Bir neçə sünni ərəb dövləti İranın bölgədəki təsirini genişləndirməsinə və Livanda “Hizbullah” kimi şiə qüvvələrinə səlahiyyət verməsinə icazə verdiyini və rejimlərinə birbaşa təhlükə yaratdığını iddia edərək Əsədin Liyaya qayıdışına sərt şəkildə qarşı çıxır. İraq və Tunis hökumətləri isə açıq şəkildə Suriyanın yenidən qəbul edilməsinə çağırış edirlər.

Nəhayət, “Ərəb baharı” sonrası siyasi islamın yüksəlməsi, o cümlədən Misir və Tunis kimi ölkələrdə islamçıların populyarlaşması regional bölünmələri gücləndirib.

İslamçı artımdan qorxan Misir, Səudiyyə Ərəbistanı və BƏƏ-nin səlahiyyətliləri bölgədəki “Müsəlman Qardaşlar” kimi qrupların artan təsirini dayandırmaq üçün səmimi və əlaqələndirilmiş bir səy göstərib. Bunun ən dramatik nümunəsi Misir ordusunun 2013-cü ildə ölkənin ilk demokratik seçilmiş prezidenti olan “Qardaşlar” Birliyi üzvü Məhəmməd Mursini zorla devirməsi idi.

Ərəb ölkələri Mursinin hakimiyyətdən getməsinə görə bölünüb; Səudiyyə Ərəbistanı və BƏƏ bu hərəkəti dəstəkləyib və Qətər qətiyyətlə buna qarşı çıxıb.

Bu üç məsələ təkcə Ərəb Birliyini sarsıtmayıb, həm də iqtisadi cəhətdən mərkəzləşdirilmiş KƏŞ-i parçalayıb.

Ən əhəmiyyətlisi budur ki, Səudiyyə Ərəbistanı, Bəhreyn, BƏƏ və KƏŞ üzvü olmayan Misir, 2017-ci ildən bəri Qətərə siyasi və iqtisadi blokada tətbiq edərək sonuncunun bölgədə terrorizmi dəstəklədiyini, sürgün olunan islamçılara sığınacaq verdiyini iddia edib.

Qətərin Türkiyə və İranla sıx əlaqələri də regional gərginlik mənbəyidir.

Yaxın Şərqdə ənənəvi çoxtərəfliliyin çökməsi Amerika prezidenti Donald Trampın rəhbərliyi altında bölgəyə münasibətində nəzərəçarpacaq dərəcədə dəyişilklik yaradıb. Sələfi Barak Obama 2015-ci ildə İranla nüvə sazişinə və daha əvvəl NATO-nun Liviyaya hərbi müdaxiləsini təmin edən çoxtərəfli və koalisiyanı qətiyyətlə dəstəkləyib.

Tramp, əksinə, qürurla çoxtərəfli qurumlara qarşı hörmətsizliyini elan edir və həmfikir tərəfdaşlarla (həm də rəqiblərlə) ikitərəfli əsasda münasibət qurmağı üstün tutur. Bundan əlavə, İrana qarşı sərt müxalifəti ABŞ-ın bölgədəki İran əleyhinə blokla tam uyğunlaşdırmasına səbəb olub.

Donald Tramp administrasiyasının yanaşması ərəb hökumətlərinin Ərəb Birliyi və KƏŞ daxilində daha geniş konsensus əldə etmək əvəzinə, əsas məsələlər üzrə xüsusi regional müttəfiqlərlə əməkdaşlığı davam etdirməsi ehtimalını daha da artırır. Artıq incə teldən asılı olan Ərəb Birliyinin perspektivləri daha da azalacaq.(Tərcümə: Strateq.az)

pia.az


Etiket: Ərəb Birliyi


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Ən çox oxunanalar