Cümə, 18 Oktyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Putin və post-imperialist dövrünün başlanğıcı: Rusiya keçmiş sovet respublikalarının Qərbə yolunu bağlayaraq rahatlaşıb

Vladimir Putin Rusiyanın xarici siyasətinə yeni baxışı sınaqdan keçirir...

Mark Çampion

“Bloomberg”, 04.10.2019

Rusiya prezidenti Soçidə keçirilən beynəlxalq münasibətlər üzrə Valday konfransında on il və ya daha çox müddətə ən zəif performans sərgiləyərək, Ukrayna kimi mübahisələrlə bağlı ABŞAvropaya şifahi hücum etmək üçün çoxsaylı fürsətlər göstərib.

Putin ABŞ-ın müharibədən sonra yaratdığı beynəlxalq nizamı böyük ölçüdə məhv etmək fikrində olmadığını söyləyib. O, Rusiyanın Vaşinqtonla işləmək istədiyi və prezident Donald Tramp, eləcə də Fransa lideri Emmanuel Makron haqqında heyranedici açıqlamalar verib.

Bəzi rus analitiklərinin fikrincə, Putinin daha təmkinli ahəngi Rusiya xarici siyasətində daha az reaktiv, daha az müdafiəedici və qəddar hərbi qüvvəyə daha az etibarlı dəyişikliyi əks etdirir.

Kremlə məsləhət verən Xarici və Müdafiə Siyasəti Şurasına rəhbəri Fyodor Lukyanov deyib: “Bu, əsl post-imperialist dövrün başlanğıcıdır. Rusiya televiziyasında bu ritorikanı görə bilməzsiniz. Mən dəyişikliyi hiss edə bilirəm”.

Dəyişiklik, – əgər baş verərsə, – Kosovodan tutmuş NATO-nun genişlənməsi, yeni nüvə silah yarışı, ABŞ-ın raketdən müdafiə qalxanı, Suriyada müharibə, Ukraynadakı münaqişə və digər risklərə qədər Qərblə geosiyasi qarşıdurmaları əhatə etməlidir.

“Eurasia Group” konsaltinq şirkətinin sədri Kliff Kupçan deyib: “Mən həqiqətən onu anlalmıram. Kreml hələ də ABŞ-ın qurduğu dünya nizamına revizionist yanaşma tətbiq edir, hələlik Suriyadakı qələbəsini möhkəmləndirir və Ukraynanı itirməyə uyğunlaşır”.

Soçidəki çıxışa baxmayaraq, Kremlin siyasəti bu günə qədər yumşalmanın bir neçə əlamətini göstərmir. Putin Rusiyanın Suriyadakı hərbi müvəffəqiyyəti – sovet dövründəki kimi, Yaxın Şərqdə böyük güc mövqeyini bərpa etməsi ilə öyünüb. Bununla yanaşı, Çinlə artan strateji əlaqələr Rusiyanın Şərqdəki mövqeyini möhkəmləndirib.

 

Qlobal rol oynama

Putin Rusiyanın Pekin üçün raket əleyhinə erkən xəbərdarlıq sistemi qurduğunu açıqlayıb, çünki iki ölkə de-fakto hərbi ittifaqa doğru gedir. O həm ABŞ, həm tərəfdaşları, həm də rəsmi müttəfiqləri olan Azərbaycan, İordaniya, Qazaxıstan və Filippin liderlərinin tərifləyib.

Daha geniş şəkildə, ABŞ-ın impiçment və Avropada “Brexit” təhdidləri ilə üzləşdiyi bir zamanda Rusiya qlobal rol oynamağa başlayıb. ABŞ-ın təhdid hissləri isə şərqə, Çinə yönəlib.

Kremlin yaratdığı “beyin mərkəzi” – Rusiya Beynəlxalq İşlər Şurasının baş direktoru Andrey Kortunov bildirib: “Düşünürəm ki, yeni xarici siyasəti Rusiyanın qazanclarının konsolidasiyası adlandıra bilərik”.

Nyu-Yorkun Kolumbiya Universitetinin siyasi elmlər doktoru Robert Leqvold deyib: “Putin ABŞ və Qərblə münasibətlərdəki gərginlik səviyyəsindən narahat olub. Amma bunu dəyişdirmək üçün lazım olanı etməyə hazır deyil”.

Lukyanovun fikrincə, Rusiyanın keçmiş sovet qonşularına təsir göstərmək üçün Qərblə apardığı müharibə Moskvanın qərar qəbul edənləri arasında fərqli bir rəy yaradıb. “İndi Gürcüstan, Moldova və Ukraynanın yaxın zamanda Şimali Atlantika Müqaviləsi Təşkilatına və ya Avropa İttifaqına qoşulmaq niyyətində olmadığını başa düşürlər, çünki bu təşkilatlar onları həzm edə bilmir və ya istəmir. Bu o deməkdir ki, Rusiya rahatlaşa və hadisələrin öz xeyrinə dönəcəyini gözləyə bilər”.

 

Rusiya və Aİ

Kreml 2014-cü il məxməri inqilabdan bəri Ukraynadakı məhdud təsiri ilə barışıb və Moldova kimi dövlətlərin problemlərinə sahib olmaq üçün iştahasının olmadığını söyləyib. Buna görə də, Rusiya bu ilin əvvəlində Moldovada avropapərəstlərin rəhbərlik etdiyi yeni koalisiya hökumətini dəstəkləmək üçün Aİ ilə birlikdə olmaqdan məmnun idi.

Sürtünmə nöqtələri hələ çoxdur. Putinin iyul ayında Gürcüstana uçuşlar qadağası qüvvədə qalır. Ötən ay rus muzdlular Liviyada Kremlin dəstəklədiyi general Xəlifə Haftarın paytaxt Tripolini ələ keçirmək uğrunda əməliyyatına qoşulublar.

Ukraynanın şərqində Rusiya tərəfindən dəstəklənən separatçılarla bağlı münaqişə hələ də həll olunmayıb. Vladimir Zelenski münaqişəni dalandan çıxarmaq istəyir.

Kupçan bildirib: “Həqiqətin nüvəsi budur ki, Putin və onun ətrafı sakitləşib. Onların bu şəkildə qalma ehtimalı var”.

Rusiyanın Gürcüstan, Ukrayna və Moldovada ya işğal etdiyi və ya qoruduğu ərazilərin geri qaytarılması mümkünsüz qalır. Ali İqtisadiyyat Məktəbinin müdafiə mütəxəssisi Vasili Kaşinin fikrincə, Rusiya onların Qərbə qoşula bilməməsini təmin edib və Putin təhlükəsizlik zəmanəti olmadan bu durumu dəyişdirməyəcək. Əks halda, bu, zəiflik sayılacaq.

 

“Strateji paranoya”

Kaşin deyib: “Qərb bunu səhv başa düşür. Rusiyanın xəstəliyi möhtəşəmlik arzusu deyil, imperiyanın yaranmasına gedən dərin strateji paranoyadır”.

Moskva Milli Tədqiqat Universiteti Ali İqtisad Məktəbinin akademik müdiri, Asiya siyasəti ilə əlaqədar hökumətə məsləhət verən Timofey Bordaçovun fikrincə, Asiya yeni Rusiya yanaşması üçün daha yaxşı perspektivlər təklif edə bilər. Çünki Qazaxıstan kimi ölkələrdə Çin və Yaponiyaya qarşı nəzarət ya lazımsızdır, ya da qeyri-mümkündür. “Orada Rusiya xarici siyasətimizin tarixən ən etibarlı vasitəsinə – hərbi gücə müraciət edə bilməz; daha mürəkkəb bir siyasəti inkişaf etdirməliyik”.

O, ABŞ-Çin rəqabətinin getdikcə artdığı zaman Rusiyanı Asiya gücləri üçün neytral təhlükəsizlik tərəfdaşı olaraq görür.

Lukyanov, Putinin İran və Türkiyə ilə sıx əməkdaşlıq edərək formalaşdırdığı Astana prosesini Rusiyanın gələcək beynəlxalq münasibətləri üçün model sayır.

“Bu üç ölkə arasında sıfır etimad var. Onların bölgədə maraqları fərqlidir və ortaq dəyərlərlə heç bir əlaqəsi yoxdur. Ancaq hamısı başa düşür ki, heç biri digərinin heç olmasa neytrallığı olmadan məqsədlərinə çata bilməz”.(Tərcümə: Strateq.az)

pia.az

 

 

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: Putin

Şərh yazın.

loading...

Ən çox oxunanalar