Çərşənbə, 16 Oktyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Yeni ABŞ prezidentini Çin müəyyənləşdirəcək - Çin bu şansı Trampa hədiyyə etmək istəyəcəkmi?

Çin ABŞ prezidentini müəyyənləşdirə bilərmi? Görünür, edə bilər...

Gökhan Şen
“Bloomberg” qəzeti, Türkiyə, 7 oktyabr 2019-cu il

Amerikada həyat hazırda bir istiqamətdədir: Hər kəs təkcə prezident Trampın vəzifədən uzaqlaşdırılması barədə danışır.

Qanuna görə, bir prezidentin vəzifədən uzaqlaşdırılması mümkündür. Vətənə xəyanət, rüşvət və ya hər hansı dəhşətli bir cinayət törətsəniz, Nümayəndələr Palatası prokurorluq edir. Konqres isə münsif rolundadır. Prezident cinayətin dərəcəsinə və məclislərdəki siyasi davranışına görə vəzifəsindən azad oluna bilər.

Daha əvvəl bənzər təhqiqatlar keçirən 3 prezidentdən birincisi olan Conson Senatda impiçment üçün 2/3 səs çoxluğu əldə edilmədiyi üçün vəzifəsində qalmışdı. Lakin ondan fərqli olaraq, Nikson işlərin tərs gedəcəyini anlayıb istefa vermişdi. Bundan 27 il sonra prezident Klinton isə səsvermədə bəraət qazandı.

Hal-hazırda prezident Trampın başında belə bəlalar var. Prezident düşünür ki, 2020-ci il seçkilərində “Demokrat” rəqibi olan Baydenin oğlu Ukraynada və Çindəki işlərində atasının nüfuzundan istifadə edir. İddialara görə, Tramp bu məsələyə görə Ukraynaya təzyiq göstərir və “sizə verməli olduğum 400 milyon dolları verəcəyəm, lakin siz də mənə bir yaxşılıq edin”, deyir. Yaxşılıq isə odur ki, Baydenin oğlunun Ukraynada necə iş aldığını və böyük bir qaz şirkətinin idarə heyətinə necə daxil olduğu araşdırılsın.

Tam da bu anda vəzifədən uzaqlaşdırma məsələsi ortaya çıxır. “Demokratlar” da Prezidentin vəzifəsindən sui-istifadə edib etmədiyini öyrənmək üçün proses başladıblar.

ABŞ və Çin arasında ticarət müharibəsi gedir. Bu iki ölkə sülh danışıqları aparmaq üçün yeni proses başladıb. Beləliklə, ABŞ 1 oktyabrda Çinə qarşı alacağı əlavə 5 ballıq gömrük vergisini 2 həftə ertələyib. Lakin gələn son xəbərlərə görə, bu yaxşı niyyət pozulub.

ABŞ iqtisadiyyatının zəifləməsi və vəzifədən uzaqlaşdırma prosesində prezident Trampın günü-gündən zəifləməsi Çinə də təsir edib. Deyilənə görə, Çin artıq ABŞ-ı daha kiçik bir paketlə razı salmaq istəyir. Çünki Çinin fikrincə, Tramp öz dərdini çəkir. Çin ABŞ-ı özünün sənaye siyasətinə qarışdırmaq istəmir və öz şirkətlərinin iqtisadi azadlığını təmin etməyə çalışır.

Prezident Tramp daha əvvəl bu cür bleflərə heç imkan verməzdi. Bəlkə, yenə də imkan verməz, amma bu dəfə öz iqtisadiyyatı da çox yaxşı vəziyyətdə deyil. Həm investisiyalar zəifləyir, həm də istehsal və ixracat cəbhələrində ciddi bir geriləmə var.

ABŞ-ın xarici siyasətdə nəticəsiz qalmış səfərlərini də unutmamalıyıq. Fələstində baş tutmayan sülh planı, Səudiyyə Ərəbistanının Yaxın Şərqdə ortaq kimi seçilməsi, lakin Qaşıqçı cinayətinin və Yəməndəki sivil qətliamların ölkədə müzakirə edilə bilməməsi hər kəsə məlumdur. Təbii olaraq İsrailin baş naziri Netanyahu Trampdan aldığı açıq və bir mənalı dəstəyə baxmayaraq, bir türlü seçkini qazana bilmir. Şimali Koreya ilə də aparılan danışıqlar fiasko ilə bitib. Pxenyan da davamlı olaraq ballistik raket sınaqları keçirməklə nüvə silahından imtina etməyəcəyini ortaya qoymuş olub.

Prezident Trampın bir uğura və satıla bilən bir hekayəyə ehtiyacı var.

Birləşmiş Dövlətlər üçün vəziyyət bu yerdədir. Bəs Çin cəbhəsində necədir?

Bir sonrakı Amerika prezidenti kim olmalıdır? Çinin uzun müddətli maraqları üçün nə lazımdır? Ən əsası da Çin ABŞ prezidentini müəyyənləşdirə bilərmi? Görünür, edə bilər...

Qəbul etmək lazımdır ki, prezident Trampın təhdid etdiyi vaxtdan daha çox Çin mübarizə apara bilər. Bunun səbəbi ölkədə demokratiyanın olmamasıdır. Əvvəla Si Tsinpin iqtidarını uzada bilər və bunu da demokratik cəhətdən izah etmək məcburiyyətində deyil. Oan qarşı bu işi sorğulayacaq bir media və ya xalq təzyiqi də yoxdur. O zaman ABŞ hər seçki dönəmində dərin nəfəs almaq məcburiyyətində qalsa belə, əsas məsələ doğru zamanı tapmaq olduqda Çin daha şanslıdır.

Demokrat partiyasının namizədlərindən Elizabet Uorren Çin məsələsini olduqca sərtləşdirib. Halbuki Bayden Çinə qarşı heç bu qədər sərt deyil. Prezident Trampın da vəziyyəti məlumdur.

Bu halda Çin kimlə işləmək istəyər? Buna cavab vermək çətindir. Lakin əgər bu şəxs Bayden olacaqsa, o halda 2020-yə qədər işlər daha da pis hala gələcək. Çünki Çin Trampın öz kampaniyasında istifadə edəcəyi bir vasitəyə çevrilmək istəməyəcək. Halbuki bir razılaşma və normal inkişaf edən Amerika iqtisadiyyatı Respublikaçı bir liderin seçilməsi üçün kifayət edəcək. Onsuz da başqa yol yoxdur.

Çinə qarşı ticarət müharibəsi aparmaq ABŞ rəhbərliyi üçün bir şans ola bilər. Xarici siyasətdə ilk uğur, iqtisadi gedişatın bir müddətlik qarantiyaya alınması mükəmməl bir kampaniya vasitəsi ola bilər. Əsas məsələ odur ki, Çin bunu Donald Trampa hədiyyə etmək istəyəcəkmi? Deyəsən, növbəti ABŞ prezidenti “made in China” olacaq.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.

loading...

Ən çox oxunanalar