Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərdoğan: "Kobaniyə Rusiyanın razılığı ilə girəcəyik"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələrəkən hava limanında jurnalistlərə açıqlama verib...

O, Suriyada keçirilən "Barış Pınarı" əməliyyatına toxunaraq, bildirib ki, bəzi ölkələrin nə deməsindən asılı olmayaraq, Türkiyə yoluna davam edəcək:

"Dünyanın bəzi mediasında bizim apardığımız antiterror əməliyyatı təhrif olunur. Əlbəttə, bu, onların köhnə taktikasıdır. Bunlar bizi həqiqəti deməkdən çəkindirə bilməz.

Son günlər Əsəd rejimi ilə terrorçu PKK/YPG/PYD-nin təsis etdiyi Suriya Demokratik Gücləri arasında danışıqların getməsi haqda indi bir çox dedi-qodular var. Biz buna yox, işimizə baxarıq. Kobanidəki antiterror əməliyyatına Rusiyanın müsbət yanaşması ilə bağlı problem olmayacaq. Menbic məsələsində ABŞ-la qarşılıqlı əlaqələrimizə əsasən, ABŞ 90 gün ərzində oranı boşaltmalı idi. Menbiçə biz yox, sahibləri ərəblər daxil olacaq".

Ərdoğan daha sonra NATO-nun Türkiyəyə müvafiq dəstək verməməsinə də etirazını bir daha açıqlayıb: "NATO-nun funksiyalarından biri həm də terrora qarşı mübarizədir. NATO üzvü olan yeganə müsəlman ölkə Türkiyədir. Lakin bizim ərazimizə 600 raket atılıb, şəhidlərimiz, yaralılarımz, evlərini boşaldanlar var. Ancaq NATO buna da biganə yanaşır .Biz NATO-nun 5-ci maddəsinə əsasən soruşuruq: “Siz terrorçuların, yoxsa NATO üzvü Türkiyənin yanındasınız?”".

Ərdoğan bildirib ki, NATO Türkiyəyə gəldikdə, öz vəzifəsini yerinə yetirmir.(reytinq.az)

pia.az


Etiket: Ərdoğan


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Dəhşətli qəzada həlak olan qazinin görüntüsü - Yenilənib,Video,Foto

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Talıb Talenin özündən 15 yaş kiçik nişanlısının görüntüləri yayıldı - Video

“Trendyol” Azərbaycan üçün qiymətləri kəskin artdı

Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək

ABŞ Azərbaycanla Ermənistan arasında sülhün mümkünlüyünə inanır

Ən çox oxunanalar