Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Heydər Əliyevin hakimiyyətə gəlməsi Azərbaycanın bəlalardan xilas etdi”

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 27-ci ildönümü ilə tədbir keçirilib...

Tədbirdə çıxış edən YAP icraçı katibi-sədr müavini Əli Əhmədov çıxışında partiya sədri, Prezident İlham Əliyev və partiya sədrinin müavini, Birinci Vitse-prezident Mehriban Əliyevanı partiyanın yaranmasının 27-ci ildönümü münasibəti ilə təbrik edib. Azərbaycanın 1990-cı illərin əvvəlində üzləşdiyi problemlərdən danışan Ə. Əhmədov deyib ki, 1992-1993-cü illərdə AXC-Müsavat cütlüyü ölkənin dərin böhrana düşməsi üçün əlindən gələni edib: “İnsanlar birmənalı dərk edirdilər ki, Azərbaycanı xilas etməyin yeganə yolu Heydər Əliyevin hakimiyyətə gəlməsidir. Heydər Əliyevin hakimiyyətə sivil yolla gəlməsinin forması kimi Yeni Azərbaycan Partiyası yarandı. Yeni Azərbaycan Partiyası yaranandan 6 ay sonra Heydər Əliyevin hakimiyyətə gəlməsi insanların bu istəyinin nə dərəcədə dərin olduğunu təsdiqlədi. Yeni Azərbaycan Partiyası yaranmasaydı, Heydər Əliyev hakimiyyətə gəlməsəydi, biz tamamilə fərqli tarixi, taleyi yaşayacaqdıq. Heydər Əliyevin hakimiyyətə gəlməsi Azərbaycanın bəlalardan xilas etdi. Xaos, anarxiya, iqtisadiyyatda tənəzzül aradan qaldırıldı, böyük islahatlar həyata keçirildi, erməni təcavüzünün qarşısı alındı, separatizm yerində boğuldu, Azərbaycanın paralanmasının qarşısı alındı və Azərbaycanın bu günkü inkişafa gəlib çatması üçün əlverişli mühit yarandı.

27 yaşı olan partiya 26 ildir ki, hakimiyyətdədir və xalqa ləyaqətlə xidmət edir. 1993-cü ildə parçalanma təhlükəsi ilə üzləşən Azərbaycan Heydər ƏliyevPrezident İlham Əliyevin sayəsində bu gün dünyada reytinqlərdə ən yüksək yerlərdədir. Bu gün insanlarımız sabit, sürətlə inkişaf edən ölkədə yaşamaqdan qürur duyurlar”.

Ə. Əhmədov qeyd edib ki, bu uğurların əsasında xalqa xidmət etmək mədəniyyəti durur: “Partiyamız xalqın, dövlətin maraqlarını şəxsi maraqlardan üstün tutmaq mədəniyyətini gətirib. Yeni Azərbaycan Partiyasının sıralarında 750 mindən çox insan cəmləşib. Azərbaycanda gənclərin 10 faizi partiyamızın üzvüdür. Azərbaycan vətəndaşlarının böyük hissəsi dərindən inanır ki, bundan sonra da uzun illər Azərbaycanın uğurları Yeni Azərbaycan Partiyasının iqtidarı ilə bağlı olacaq. Bunu deməyə əsas verən vətəndaşların Prezident İlham Əliyevə dərin inamıdır. Bu günlərdə keçirilən sosioloji sorğuda xalqın 88 faizi Prezident İlham Əliyevi dəstəkləyib. Azərbaycan xalqının gələcəyi bundan sonra da parlaq olacaq”.

YAP-ın yaranma tarixindən danışan YAP Siyasi Şurasının üzvü, Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov, YAP Siyasi Şurasının üzvü, millət vəkili Məlahət İbrahimqızı partiyanın yaranma tarixi, Ümummilli Lider Heydər ƏliyevPrezident İlham Əliyevin rəhbərliyi ilə ötən dövr ərzində əldə edilən uğurlardan danışıblar. Partiyanın qarşısında duran vəzifələrdən söz açan M. İbrahimqızı onu da qeyd edib ki, ermənipərəst qüvvələrlə əməkdaşlıq edən bir qrup küyə düşmüş müxalif qüvvələrdən gənclərimizi qorumalıyıq. Tədbir YAP Gənclər Birliyinin üzvlərinin çıxıqları ilə davam edib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Dəhşətli qəzada həlak olan qazinin görüntüsü - Yenilənib,Video,Foto

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

Talıb Talenin özündən 15 yaş kiçik nişanlısının görüntüləri yayıldı - Video

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

“Trendyol” Azərbaycan üçün qiymətləri kəskin artdı

Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək

Ən çox oxunanalar