Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

3 aylıq ehtiyatımız var... - Ərzaq qıtlığı ola bilərmi?

Daxili resurslar ölkənin ərzağa olan ehtiyyacını neçə faiz ödəyə bilər və ölkənin ərzaq təminatı ilə bağlı hər hansı təhlükə var?..

“Altay” Strateji Araşdırmalar Mərkəzinin rəhbəri: “Minlərlə ərzaq məhsulu var onlardan bir neçəsi bizdə yetişmir və ya istehsal olumur, xaricdən gəlir. Öz məhsulumuz özümüzə yetər”

“Ərzaq bolluğu və ucuzluq olacaq. Çünki hazırkı beynəlxalq vəziyyətlə bağlı ərzaq məhsullarının ixracında da məhdudiyyətlə olduğundan həmin məhsulların demək olar ki, hamısı daxili bazarda qalacaq”.

Bu sözləri ekspert Elçin Bayramlı Azərbaycanda 3 aylıq ərzaq ehtiyatının olması xəbərini PİA.az-a şərh edərkən qeyd edib.

Xatırladaq ki, Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov brifinqdə çıxışı zamanı deyib ki, bu gün 3 aylıq ərzaq tədarükümüz var. Hətta özümüzü 6 aya kimi sığortalamışıq.

Onun sözlərinə görə, kənd təsərrüfatı sahəsində çalışanlara sərbəst hərəkət azadlığı da verilib: “Bu da ölkəni ərzaqla təmin edəcək. Müəyyən dalğalanma ola bilər və bu da indiki vəziyyətlə əlaqəli ola bilər”.

Belə bir bəyanatın səsləndirilməsi Azərbaycanda qiymətlərin artmasına və ərzaq qıtlığına gətirib çıxara bilərmi? Daxili resurslar ölkənin ərzağa olan ehtiyyacını neçə faiz ödəyə bilər və ölkənin ərzaq təminatı ilə bağlı hər hansı təhlükə var?

Mövzunu PİA.az-ın əməkdaşı “Altay” Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı ilə müzakirə edib .

Elçin Bayramlı: “Nazirlik müftə yeyib-yatmaqdansa, bu işlə ciddi məşğul olmalıdır”.

Azərbaycanın ərzaq məhsulları üzrə özünü tam təmin edə bilmədiyini, lakin bu da əsasən tənzimləmə ilə bağlı olduğunu vurğulayan ekspert bildirib ki, burada əsas iş KTN-in üzərinə düşür. Nazirlik ərzaq istehsalını tənzimləməlidir:

“Heç bir təhlükə görmürəm. Bəli, 3 aylıq ərzaq ehtiyatı var, lakin bu hazırkı günədir. Ərzaq istehsalı isə dayanmır, hər gün, hər ay davam edir. Demək ərzaq ehtiyatı həmişə ən azı 3 aylıq artıq olacaq. Bir aydan sonra isə mövsümi kənd təsərrüfatı məhsuları bazara çıxmağa başlayacaq və getdikcə daxili bazarda meyvə, tərəvəz, paxlalılar, heyvandarlıq məhsulları, süd məhsulları, balıq məhsulları, taxıl və s. artacaq.

Hesab edirəm ki, ərzaq bolluğu və ucuzluq olacaq. Çünki hazırkı beynəlxalq vəziyyətlə bağlı ərzaq məhsullarının ixracında da məhdudiyyətlə olduğundan həmin məhsulların demək olar ki, hamısı daxili bazarda qalacaq. Bəli, xaricdən aldığımız bəzi məhsullarda qıtlıq yarana bilər, amma bu da heç bir problem yaratmaz. Minlərlə ərzaq məhsulu var onlardan bir neçəsi bizdə yetişmir və ya istehsal olumur, xaricdən gəlir. Öz məhsulumuz özümüzə yetər.

Əlbəttə heç də bütün ərzaq məhsulları üzrə özümüzü tam təmin edə bilmirik, lakin bu da əsasən tənzimləmə ilə bağlıdır. Burada əsas iş KTN-in üzərinə düşür. Nazirlik ərzaq istehsalını tənzimləməlidir. Sovet dövründəkinə oxşar planlı təsərrüfat yanaşması tətbiq olunmalıdır. Yəni, hansı əsas məhsullar üzrə yerli istehsalımız azdırsa, nazirlik onun əkinini, istehsalını stimullaşdıra bilər. Yoxsa, bir məhsul lazım olandan xeyi artıq əkilir, digəri xeyli az əkilir. Axı kəndli, hətta iri təsərrüfatlar belə bilmir ki, bu il ölkədə hansı məhsuldan çox əkilib, ya az əkilib.

Elçin Bayramlı: “İlinin sonunadək ərzaqla bağlı problem olmayacaq”.

Nazirlik müftə yeyib-yatmaqdansa, bu işlə ciddi məşğul olmalıdır. Balanslı istehsal təşkil olunsa əsas ərzaq məhsulları ilə özümüzü təmin edə bilərik. Düzdür, taxılla özümüzü təmin edə bilmirik, tələbatın təxminən yarısını xaricdən alırıq. Burada da problem yoxdur. RusiyaQazaxstandan taxıl idxalı dayanmayacaq. Amma buna da tam ümidli olmayıb yerli istehsal stimullaşdıırlmalıdı­r.

İlinin sonunadək ərzaqla bağlı problem olmayacaq, amma qeyd etdiyim məsələlər tənzimlənməsə və dünyada bu pandemiya səngiməsə qışda problemlə qarşılaşa bilərik”.

Nərminə UMUDLU
pia.az


Etiket: ərzaq


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək

Qətlə görə saxlanılan direktor müavini imiş - Yenilənib, Foto

Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı qərar verdi

Sabirabadda dəfn olundu, Bakıda televizor alanda tutuldu

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Putin Peskovla bağlı qərarını açıqladı - Foto

Ceyhun Bayramovla ATƏT sədri arasında görüş keçirilib - Yenilənib

Köç karvanı Şuşaya çatıb, açarlar sakinlərə təqdim edilib - Yenilənib 

Baş nazirdən həqiqi hərbi xidmətə çağırışla bağlı qərar

Natiq Miri: Hər tərəfdə kim nə düşünürsə düşünsün, Azərbaycana möhtacdırlar...

Ən çox oxunanalar