Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İran "Nə Qərb, nə Şərq" meyarını unudur

Tehran Çinə əl açaraq 400 milyard $-la böhrandan çıxacağına ümid edir...

“Etemad” qəzeti, 30.06.2020

Xarici İşlər Nazirliyi sözçüsünün “25 illik Hərtərəfli İran-Çin Əməkdaşlıq Proqramı” layihəsi barədə yeni açıqlaması Pekinin İrana 400 milyard dollarlıq sərmayə qoyuluşu haqqında təxminlərin yeni dalğasını doğurub. Abbas Musəvi sənədi “məqbul” və “hər iki ölkənin maraqlarına cavab verən” adlandırıb və “bu sənədin müxtəlif siyasi və iqtisadi ölçüləri əhatə etdiyini, gələcəkdə yekun təsdiqdən sonra tamamilə dərc oluna biləcəyini” deyib. Əlbəttə, XİN sözçüsü sənədin bütün təfərrüatlarını açıqlamayıb, ancaq “bu sənədin qaralama variant olduğunu” və “KİV və ya hər hansı bir fərdin yaydığı məlumatların həqiqətə uyğun olmadığını” da deyilənə əlavə edib.

Qurum rəsmisi “bəzi şəxslərin və medianın açıqladığı mətləblərin” bir neçə gün əvvəl Gilan əhalisi qarşısında müqaviləyə etirazını bildirmiş Mahmud Əhmədinejadın açıqlaması ilə üst-üstə düşdüyünü bildirib. Əhmədinejad “xarici dövlətlə gizli şəkildə bağlanmış” müqavilədən söz açmışdı.

Bəs İran və Çin arasında bu 25 illik strateji plan nədən ibarətdir və onun tərkib hissələri nələrdir?

Bu sualın ilkin cavabı budur ki, müqavilənin təfərrüatlarına dair hər hansı bir izahat spekulyativdir və heç bir ölkənin rəsmi mövqeyi ilə üst-üstə düşmür. Hökumət layihənin ilkin şəklini ötən həftə təsdiqləyib və XİN-ə sənədin təfərrüatları ilə bağlı Çin tərəfi ilə razılığa gəlmək və orijinal mətnin iki ölkə arasında imzalanma üçün hazırlamaq tapşırılıb.

İyulun 3-də xarici işlər naziri Məhəmməd Cavad Zərif çinli vəzifədaşı ilə videokonfransda iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq və əməkdaşlıq proqramını müzakirə etdiyini “Twitter”-də yazıb.

Bu açıqlamalarda media üçün zəruri təfərrüatlar qeyd edilməyib və şübhəsiz, yeniliklərdə əks olunmayıb. Yalnız bəzi mətləblərlə sənəddəki təfərrüatlar aydınlaşa bilər.

Proqnozlar və gerçək

Ticarətin İnkişafı Təşkilatının rəhbəri Həmid Zadbum dünən keçirdiyi mətbuat konfransında İran-Çin hərtərəfli əməkdaşlıq proqramında nazirliklərin hər biri üçün müstəsna planın mövcudluğunu dilə gətirib. Onun sözlərinə görə, İran-Çin əməkdaşlıq müqaviləsinin Sənaye, Mədən və Ticarət Nazirliyi ilə əlaqəli olan bir hissəsinə ölkədə bəzi əmtəə, xammal, maşın və avadanlıqların tədarükü, habelə Çinin əmtəə ehtiyacının ödənməsi daxildir. Ancaq hər şeydən əsas Çinin İran iqtisadiyyatına illik 16 milyard dollar sərmayəsidir və onun təməli 2016-cı ildə “İran-Çin Strateji Tərəfdaşlığının quruluşu” adı ilə qoyulub. Həmin sənədə əsasən, Çin İranın neft, qaz və neft-kimya sahələrinə ümumən 260 milyard $ sərmayə qoymalıdır.

Çin sərmayəsinin əhəmiyyətli hissəsi 25 illik müqavilənin ilk 5 ilində İranın neft-qaz sənayesinə qoyulacaq, qalan hissəsini isə rəsmi Pekin, iki tərəf arasındakı razılaşma əsasən, mərhələli həyata keçirəcək. Həmçinin, İranın istehsal və nəqliyyat infrastrukturunun inkişafına 120 milyard dollar investisiya yönəldiləcək. Onun da böyük hissəsi ilk 5 ildə, qalan hissəsinin qoyuluşu yenə də mərhələli həyata keçiriləcək.

Həmçinin, Çin İranın neft, qaz və neft-kimya məhsullarının bir hissəsini orta 6 aylıq qiymət əsasında endirimlə ala bilər. İran və Pekin arasında əldə edilən yeni razılaşmaya görə, Çin İrandan alınan məhsulun pulunu ən gec 2 il ərzində ödəyə bilər. Digər tərəfdən, Çinin alış-verişə görə yuan və ya digər valyutalarla ödəşməsi barədə razılığa gəlinib ki, bu da İran və Çin arasındakı ticarətdə dolların ($) istifadə edilməyəcəyi deməkdir.

Bəs, bu təxminlər Çin iqtisadiyyatının mövcud təhlillərinə və bölgədəki ölkələrin geosiyasi mövqelərinə nə dərəcədə uyğundur?

Mütəxəssislərin bu statistikaya dair şübhələrinin əsas hissəsi İran iqtisadiyyatının xarici sərmayə cəlb etmək iqtidarında olub-olmaması ilə bağlıdır.

“Altıncı İnkişaf Planı”na görə, illik 7 faizlik böyümə proqnozuna nail olmaq üçün İranda müxtəlif sektorlara təxminən 70 milyarddan 100 milyard $-a qədər investisiyaya ehtiyac var və bu vəsaitin ən azı yarısı xarici sərmayələr hesabına ödənilməlidir.

Nəticədə, ölkəyə illik xarici sərmayənin həcmi 40 milyard $ olmalıdır ki, bu da 25 illik dövr ərzində təxminən 100 milyard $ deməkdir. Çinin illik 16 milyard dollar investisiya vəsaitini nəzərə alsaq, bu rəqəm İran iqtisadiyyatının xarici sərmayələrə olan illik tələbatının yarısını belə ödəmir.

Yaxın Şərqdəki Çin kapitalı

Əlbəttə, qeyd etmək lazımdır ki, Çinin dünyanın müxtəlif bölgələrinə birbaşa xarici sərmayə qoyuluşu təcrübəsi var. Mövcud statistikaya görə, Çinin dünyaya birbaşa xarici sərmayəsinin həcmi 2009-cu ildən 2019-cu ilə qədər son çərəkdə 8 qat artıb.

Cəmi 5 il əvvəl, mövcud statistikaya görə, Çinin xarici sərmayəsi 140 milyard dollara çatıb. Bu sərmayələrin əksəriyyəti müxtəlif ölkələrin enerji sektoruna yönəldilib. Çinlilər 24 Afrika ölkəsinə sərmayə qoyublar, o cümlədən Nigeriyada – 21 milyard $, Həbəşistan (Efiopiya) və Əlcəzairə – 30 milyard $, Anqola və Cənubi Afrikaya – 20 milyard $.

Təkrar qeyd edək ki, Çinin xarici sərmayələrinin çox hissəsi dünyanın enerji ehtiyatlarında cəmləşib. Hazırda Çinin enerji ehtiyacının çox hissəsi Hind okeanı və Ərəb dənizi, daha doğrusu, Yaxın Şərq bölgəsinin aşağı hissəsi hesabına təmin olunur. Ancaq Pekinin böyük məqsədi Fars körfəzi sularına və Yaxın Şərqin enerji qaynaqlarına tam giriş-çıxışdır. Çinlilər bu arzunu dörd ildir Pakistanın Qvadar limanına 50 milyard dollarlıq sərmayə qoymaqla həyata keçirirlər.

Ucuz əmək cənnəti

1990-cı illərin əvvəllərindən başlayaraq İranda meydana gələn valyuta sarsıntıları İran iqtisadiyyatına dəhşətli təsir göstərərək, digər ölkələrə nisbətən işçi qüvvəsini daha da ucuzlaşdırıb. Bəzi ekspertlər ucuz iş qüvvəsinin xarici sərmayələri təşviq etmə mexanizmi rolunu oynayacağına inanırlar. Modelin tətbiqi artıq Cənub-Şərqi Asiya ölkələrində müşahidə olunub, o, investorlar üçün istehsal xərclərini xeyli azaldıb.

Çin şirkətləri İranda mövcud nəqliyyat sistemi ilə yanaşı, ucuz işçi qüvvəsinə ehtiyac duyur və razılaşmanın həyata keçirilməsi ilə, öz məhsullarına bənzər spesifikasiyalı məhsullar təkcə Çində istehsal olunmayacaq. Yəni onların İranda da istehsal olunaraq ixracı mümkündür.

Tərcümə: Strateq.az

pia.az


Etiket: İran


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Dəhşətli qəzada həlak olan qazinin görüntüsü - Yenilənib,Video,Foto

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Talıb Talenin özündən 15 yaş kiçik nişanlısının görüntüləri yayıldı - Video

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

“Trendyol” Azərbaycan üçün qiymətləri kəskin artdı

ABŞ Azərbaycanla Ermənistan arasında sülhün mümkünlüyünə inanır

Ən çox oxunanalar