Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda qəsəbə üfunətə qərq olub -Video

Bir yaşayış massivi düşünün, yolları keçilməzdir. Sanki alınmaz bir alaya doğru gedirsən. Bir yaşayış massivi düşünün, üfunət qoxusundan ətrafda dayanmaq belə olmur... 

Əlindəki məişət tullantısını atmaq üçün zibil qutusu belə tapılmayan yaşayış massivi.. Baku.Tv xəbər verir ki, Sabunçu rayonu Maştağa qəsəbəsi Nizami küçəsinin sakinlərini qəhrəman adlandırmaq olar. Ona görə ki, uzun müddət sadaladığım problemlərə dözərək yaşayırlar.

Sakinlərin sözlərinə görə, dəfələrlə aidiyyatı qurumlara yazılı və şifahi olaraq müraciətlər ediblər. Hər dəfəsində nə onların yazdıqlarına baxan olub, nə də dediklərinə qulaq asan..

Biz də problemlə bağlı Maştağa qəsəbə nümayəndəliyinə getsək də, özünü təqdim belə etməyə lüzum bilməyən bu xanım, idarədə kimsənin olmadığını dedi.

Məsələ ilə bağlı müraciətimiz əsasında Sabunçu rayon icra hakimiyyəti başçısının müavini Müslüm Mahmudov şifahi olaraq bildirdi ki, ərazi üzrə nümayəndə çəkiliş qrupu ilə bərabər problemə yerində baxış keçirə bilər. Biz də əməkdaşla birlikdə yenidən Nizami küçəsinə qayıtdıq Bir az əvvəl yerində tapılmayan nümayəndəliyin əməkdaşının sakinlərlə söhbətindən belə başa düşmək olar ki, bu günə kimi aidiyyatı qurumun problemdən ümumiyyətlə xəbəri yoxdur. Sakinlərin şikayət məktublarının üzünə belə baxan olmayıb.

Nümayəndəliyin mühəndisi danışdıqca, sakinlərin üzündə yenə bir inamsızlıq var idi. Onlarda deyildiyi kimi, problemlərin bu tezliklə həll olunmayacağını yaxşı bilirdilər. Ancaq yenə də ümid var deyərək, gözləməyə, bu çirkabın, üfunətin içində yaşamağa məcburdular... Baku.Tv məsələni diqqətdə saxlayacaq.

piaaz


Etiket: Qəsəbə


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Dəhşətli qəzada həlak olan qazinin görüntüsü - Yenilənib,Video,Foto

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Ən çox oxunanalar