Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fazil Mustafa: “Bu, xüsusi hazırlanmış qüvvələrin dövlətimiz əleyhinə planlı addımı idi”

Millət vəkili: “Bu gecə baş verənlər, 1992-ci ilin Xocalı hadisələrindən sonrakı ssenariyə bənzəyən bir durum idi”...

“Bu Vətəni sevən, onun şəhidi üçün göz yaşı tökən, ordumuzun zəfəri üçün dua edən, dövlətimizin ayaqda qalmasını istəyən insanlar, vətəndaşlar! Bu gecə baş verənlər, 1992-ci ilin Xocalı hadisələrindən sonrakı ssenariyə bənzəyən bir durum idi.

İnsanların Vətənə, onun şəhidinə sevgi hissələrini dövlətə qarşı yönəldə bildilər. Bu sıradan bir təxribat deyildi, xüsusi hazırlanmış qüvvələrin dövlətimiz əleyhinə planlı addımı idi.

Bir azdan soyuqqanlı düşünəndə çoxunuz deyəcəksiniz ki, mən niyə bu addımlara alət oldum. Necə ki, 28 il geriyə baxanda o nəslin insanlarından biri kimi, biz də bunu deyirik. Xocalı emosiyasının ardından hakimiyyət boşluğunun yaranması nəticəsində ŞuşaLaçın getdi.

İndi də erməninin təxribatı ilə paralel düşmən qarşısında sinəsini sipər edən əsgərlərimizə dəstək verməli olduğumuz halda, düşünülmüş şəkildə prosesləri Bakıya yönəldə bildilər. Şəhid üçün ehtiram, sevgi yürüşünü ali qanunvericilik orqanına daxil olub dağıntıya məruz qoymaqla tamamladılar”.

PİA.az xəbər verir ki, bunu Azərbaycan Milli Məclisinin deputatı Fazil Mustafa deyib.

F.Mustafanın sözlərinə görə, bu o deməkdir ki, istənilən mobil provakator qüvvə səmimi niyyətli insanların hərəkətlərinə kölgə sala bilər:

“Bu qüvvə inanın ki, ölkəmizin xaricindən idarə olunur. Gec deyil, bütün dövlətini sevən insanlar bu dövlətin zərər görməməsi üçün sağlam mövqe nümayiş etdirməlidir. Öz dövlətinin müstəqilliyinə həssas insanlar laqeydlik göstərsələr, müşahidəçi rolunda prosesləri izləməyə davam etsələr biz bu dəfə Azərbaycanı itirəcəyik və kimlərəsə arzuladığı hakimiyyət də qismət olmayacaq. Xüsusilə də sosial şəbəkələrdə çağırışlara diqqət etməliyik, vətəndaşları qanunlara əməl etməyə çağırmalıyıq.

Son iki günün hadisələrindən sonra onsuz da virusun yayılması daha ciddi şəkil alacaq, kütləvi aksiyalarda maskasız və sosial məsafəsiz iştirak edənlərin bir-birinə xəstəliyi yoluxdurması qaçılmazdır. Ona görə də dövlətimizə erməni canilərinə qarşı və koronavirusa qarşı mübarizədən başqa cəbhə açmaq böyük milli faciəyə gətirib çıxara bilər.

Bu hadisələr həm də onu göstərdi ki, ölkədə çox ciddi istisadi və sosial yönümlü islahatlar aparılmalıdır, insanların məşğulluq problemi formal statistikadan uzaqlaşaraq real zəmində həll edilməlidir.

Yerində olmayan, səriştəsiz məmurlar təcili dəyişdirilməli, xalq üçün çalışmaq niyyəti olanlar iş başına gətirilməlidir. Yəni bu nöqtədən sonra küçələrdə heç bir məsələnin çözülməsinə dövlət və xalq olaraq imkan verməməliyik, pası vətəndaşların dəstəyinə dayanan islahatlara ötürməliyik”. (pravda.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Dəhşətli qəzada həlak olan qazinin görüntüsü - Yenilənib,Video,Foto

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

Talıb Talenin özündən 15 yaş kiçik nişanlısının görüntüləri yayıldı - Video

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

“Trendyol” Azərbaycan üçün qiymətləri kəskin artdı

Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək

ABŞ Azərbaycanla Ermənistan arasında sülhün mümkünlüyünə inanır

Ən çox oxunanalar