Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan Sənaye Korporasiyası ASC-də “papağı günə verənlər“

Avqust ayının 6-da Prezident İlham Əliyev koronavirusla mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirdiyi müşavirədə dövlətdən maliyyələşən bir sıra qurumların fəaliyyəti sərt tənqid edildi.

Dövlət başçısının tənqidinə səbəb bu qurumların səmərəsiz layihələrə pul xərcləməsi, dövlətdən ayrılan yüz milyonlarla vəsaətin şəffaf xərclənməməsi, hesabatlılığın olmaması idi.

Prezidentin çıxışından sonra bir çox qurumlar özlərinə “çəki-düzən” versələr də, bəzi qurumlar hələ də öz “ənənələrinə” sadiqdirlər.

Qlobal.az xəbər verir ki, fəaliyyəti qənaətbəxş olmayan təşkilatlardan biri də Azərbaycan Sənaye Korporasiyası Açıq Səhmdar Cəmiyyətidir (ASC).

Azərbaycan Sənaye Korporasiyası ASC-nin fəaliyyətinin, inkişaf rentabelliyinin hansı səviyyədə olması barədə onun rəsmi saytına (http://ask.gov.az/) baxmaq kifayət edir.

Azərbaycan Sənaye Korporasiyası ASC-nin saytındakı bir məqam bir sıra suallara yol açır.

Öncə onu vurğulayaq ki, Azərbaycan Sənaye Korporasiyası ASC tabeliyində fəaliyyət göstərən şirkətlərin işçilərinin əməyini qiymətləndirmək, həvəsləndirmək üçün “ayın işçisi” adı təsis edib. Qurumun baş direktoru ay ərzində əməyi, qabiliyyəti ilə fərqlənən işçilərə departament və müəssisələrin direktorlarının təqdimatı ilə sertifikat verir.

Ancaq maraqlıdır ki, Azərbaycan Sənaye Korporasiyası ASC-nin ən son fərqlənən işçiləri, daha doğrusu “ayın işçisi” nominasiyasının qalibi olan işçilər son dəfə 2019-cu ilin dekabr ayında təltif ediliblər.

O zamandan 8 ay keçsə də, özündə 13 şirkəti, yüzlərlə insanı birləşdirən Azərbaycan Sənaye Korporasiyası ASC “ayın işçisi” nominasiyasına uyğun olaraq fəallığı ilə fərqlənən işçi tapa bilməyib.

Bu isə ortaya iki sual çıxarır: ya Azərbaycan Sənaye Korporasiyası ASC-də işçilər fərqlənmək istəmir, “papağı günə verir”, ya da Azərbaycan Sənaye Korporasiyası ASC ümumiyyətlə işləmir…

Xatırladaq ki, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Baş direktoru Kamran Nəbizadədir.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Dəhşətli qəzada həlak olan qazinin görüntüsü - Yenilənib,Video,Foto

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

Talıb Talenin özündən 15 yaş kiçik nişanlısının görüntüləri yayıldı - Video

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

“Trendyol” Azərbaycan üçün qiymətləri kəskin artdı

Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək

Ən çox oxunanalar