Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nikol Paşinyan: “Ermənistan hələlik KTMT-yə müraciət etmək niyyətində deyil”

Ermənistan hələ ki, Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətlə bağlı KTMT-yə müraciət etmək niyyətində deyil.
 
PİA.az xəbər verir ki, Ermənistan Baş naziri Nikol Paşinyan mətbuata açıqlamasında belə deyib.
 
"KTMT-yə müraciət siyasi məsələdir. Müraciət etməyin vaxtı gələndə limitlərdən danışmaq çox çətindir. Biz KTMT ilə sıx işləyirik, lakin xüsusi prosedurları həyata keçirmək tamamilə başqa məsələdir. Ermənistan silahlı qüvvələri ölkənin təhlükəsizliyini qorumağa qadirdir", - deyə o bəyan edib.
 
Ermənistan bütün üsullarla öz təhlükəsizliyini təmin edəcəkdir.
 
"KTMT ilə və ya KTMT olmadan - bu başqa məsələdir. Biz vəziyyətdən və ümumi siyasi kontekstdən asılı olaraq təhlükəsizliyimizi təmin etmək üçün bütün imkanları müzakirə edirik", - deyə Nikol Paşinyan vurğulayıb.
 
Qeyd edək ki, son müharibə başlayandan bəri Paşinyan dəfələrlə Rusiya prezidenti Vladimir Putinə yardım üçün müraciət edib və hər dəfə ümumi sözlərlə yola verilib. Türkiyə diplomatik qaynaqlarının açıqlamalarına görə, Paşinyana Azərbaycanın öz sərhədlərində separatizmə qarşı mübarizə apardığı və KMTM-nın bu vəziyyətdə Ermənistana yardım edə bilməyəcəyi başa salınıb. Nədən ki, KTMT Nizamnaməsinə əsasən üzv dövlətlərdən biri hücuma məruz qalarsa, kollektiv müdafiə haqqı doğur. Bu döyüşlərdə isə Ermənistana hücumdan söhbət gedə bilməz. (ovqat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Dəhşətli qəzada həlak olan qazinin görüntüsü - Yenilənib,Video,Foto

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Talıb Talenin özündən 15 yaş kiçik nişanlısının görüntüləri yayıldı - Video

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

“Trendyol” Azərbaycan üçün qiymətləri kəskin artdı

ABŞ Azərbaycanla Ermənistan arasında sülhün mümkünlüyünə inanır

Ən çox oxunanalar