Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İslam dünyası Fransanı boykot edir - Ərdoğanın çağırışına böyük dəstək 

Yaxın Şərq ölkələrinin sosial şəbəkələrində Fransanın və Fransa mallarının boykot edilməsinə çağırışlar yayılmaqdadır. Təşəbbüsləri iki heşteq müşayiət edir: #BoycottFranceProducts və #BoycottFrance.

Bölgə əhalisinin narazılığının səbəbi prezident Emmanuel Makronun bu çağırışı olub ki, «Fransa söz azadlığından, o cümlədən, Məhəmməd peyğəmbərin karikaturalarının yayılmasından vaz keçməyəcək». Bu barədə oktyabrın 26-da Fransa beynəlxalq radiosu (RFİ) xəbər verib.

Liviyanın paytaxtı Tripolidə etirazçıların kiçik qrupları Makronun potretlərini ayaqlar altında tapdayıblar və Fransa bayrağını yandırıblar. Qətərin paytaxtı Dohada «Le Train Bleu» («Göy qatar») adlı fransız restoranının menyüsündən Fransa ərzaqları «yox olub». Əl-Meera və Souq əl-Baladi yarımada əmirliklərinin nəhəng ərzaq şəbəkələri də fransız mallarının boykotunu elan edib. Qətərin və Küveytin supermarketlərinin piştaxtalarından fransız pendiri (Vache qui rit, Kiri və Babybel) yığışdıılıb.

«Biz, bütün fransız ərzaqlarını, pendirləri, kremləri və kosmetikanı yığışdırmışıq» - deyə, oktyabrın 25-də Küveytin kooperativlər federasiyasının vitse-prezidenti Xalid əl-Taybi «Frans-Press» agentliyinə bəyan edib.

Bundan başqa, bu ərəb monarxiyasının 430-a yaxın turizm firması Fransaya bilet sifarişini dayandırıb. Əlcəzair islam partiyasının («Ədalət və inkişaf cəbhəsi») lideri Abdulla Cəballa da Fransa məhsullarını boykot etməyə çağırıb. O, yerli hökumətdən tələb edib ki, Fransa səfirini çağırıb, ona etiraz notası təqdim etsin.

Bazar ertəsi Fransa mallarının boykotuna qoşulmaq barədə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan da çağırış edib. O, bəyan edib ki, Avropada müsəlmanlara yönəlk indiki «linç etmə» kampaniyası İkinci Dünya Müharibəsindən əvvəl yəhudilərin başına gətirilənlərə bənzəyir və bəzi Avropa liderlərini «faşist» və «nasist» adlandırıb.

İslamabadda Pakistan Xarici İşlər Nazirliyi (XİN) də Fansa səfirinə etiraz bildirib.

Oktyabrın 24-də 200 nəfərə yaxın adam Fransanın İsraildəki səfirinin iqamətgahı qarşısında toplaşıb və Məhəmməd peyğəmbərin karikaturalarını qadağan etməyi istəyib. Eyni vaxtda Fələstinin Qəzza bölgəsində etirazçılar Fransa prezidentinin fotolarını yandırıblar.

Xəbər verilir ki, digər müsəlman ölkələrində də Fransaya qarşı kütləvi etirazlara və fransız mallarının boykot edilməsinə başlanıb. (AzPolitika.info)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Dəhşətli qəzada həlak olan qazinin görüntüsü - Yenilənib,Video,Foto

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

Talıb Talenin özündən 15 yaş kiçik nişanlısının görüntüləri yayıldı - Video

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

“Trendyol” Azərbaycan üçün qiymətləri kəskin artdı

Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək

Ən çox oxunanalar