Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Rusiya sülhməramlıları Azərbaycanın suverenliyini pozurlar“ - Nazir

Türkiyə Dağlıq Qarabağda Rusiya sülhməramlılarının fəaliyyətindən narazıdır. Xarici İşlər naziri Mövlud Çavuşoğlu jurnalistlərə açıqlamasında Ankarada sual doğuran məqamları açıqlayıb. Nazir bildirib ki, ilk növbədə Qarabağdakı Rusiya sülhməramlılarının statusuna dair anlaşmanın imzalanması vacibdir.

PİA.az xəbər verir ki, Çavuşoğlu bölgədəki rus hərbçilərinin sayının anlaşmada əks olunduğundan çox olması barədə Azərbaycandan bir şikayət gəlmədiyini qeyd edib: "Əsas məsələ Rusiya sülhməramlılarının Laçın dəhlizindən keçidlərə icazə vermək roludur. Halbuki bunun üçün Azərbaycandan da icazə alınmalıdır. Qarabağ Azərbaycan torpağıdır. Sabah hansısa status-kvo təyin olunsa belə, yenə Azərbaycan sərhədləri daxilində olacaq. Ona görə də, Rusiya rəsmilərilə görüşdə Azərbaycandan icazəsiz bunların edilməməli olduğunu bildirdik. “Siz sülhməramlı olaraq varsınız, kimlərin gedib-gələcəyi barədə qərar verməyin məsuliyyəti sizdə deyil” dedik

ADP sədri Sərdar Cəlaloğlu "AzPolitika.info"-ya bildirib ki, Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlunun bəyanatı mövcud problemləri əks etdirir: "Doğrudan da Rusiya sülhməramlıları Dağlıq Qarabağda mandatdankənar fəaliyyətlə məşğuldurlar və Azərbaycanın suverenliyini pozurlar. Nazirin dediyi kimi, onların bəlli bir statusu olmalıdır və indi məşğul olduqları bir çox məsələlər Azərbaycan tərəfindən həyata keçirilməlidir. Laçın dəhlizində Azərbaycan ordusunun və gömrük, sərhəd qoşunlarının yerləşdirilməsi, giriş-çıxışa nəzarət olunması vacibdir".

Sərdar Cəlaloğlu bildirir ki, Çavuşoğlu bu açıqlamanı səsləndirərkən Rusiya tərəfinə xəbərdarlıq edib. "Monitorinq Mərkəzinin qurulmasından sonra bu fəaliyyətlərin Azərbaycanın suverenliyi daxilində həyata keçirilməsinə çalışacağını ortaya qoyub".

Azərbaycan bu istiqamətdə nə edə bilər?

Bu suala cavabında S. Cəlaloğlu Azərbaycanın öz müttəfiqi ilə birgə hərəkət etməli olduğunu vurğulayıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Dəhşətli qəzada həlak olan qazinin görüntüsü - Yenilənib,Video,Foto

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Talıb Talenin özündən 15 yaş kiçik nişanlısının görüntüləri yayıldı - Video

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

Politoloq: İndi Ermənistan Rusiya ilə bağlı ehtiyyatlı olmalıdır...

Ən çox oxunanalar