Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Etibar Əliyevdən  hərbiçilərin maaşları ilə bağlı daha bir açıqlama

Milli Məclisin deputatı Etibar Əliyev son günlər ən çox müzakirə olunan məsələ ilə bağlı hərbçilərə müraciət edib.

Deputat bildirib:

“Əziz qardaşlar! Son günlər ölkədə hərbçilərlə deputatlar arasında nifaq yaradılması məqsədilə Azərbaycanın inkişafının əleyhinə olan insanalar (ünsürlər) planlı və düşünülmüş işlər aparırlar. Sizi əmin edirəm ki, hələ indiyə qədər nə Milli Məclisin rəhbərliyi, nə də deputatlardan kimsə Sizin maaşlarınızın azaldılması haqqında bir cümlə belə işlətməyib. Əksinə, Hərbçilərin yaşayış səviyyəsinin yüksəldilməsi, onlara qayğının artırılması isriqamətində bütün deputatlar hökumət qarşısında məsələ qaldırıblar. Mənim bütün yazılarıma və çıxışlarıma diqqət etsəniz hərbçilərimizin maaşlarının azaldılması barədə bir cümləyə belə rast gələ bilməzsiniz. Biz 44 günlük Vətən müharibəsində əsgərin, şəhidlərimizin və yaralıların yanında olduq.

“5-ci kolon”un nümayəndələri və yelbeyin qaraguruhçular Vətən müharibəsindən əvvəl Dövləti bir qarış torpaq azad edə bilməməkdə suçlayırdılar. İndi Torpaqlarımız işğaldan azad olunub. Leksikon dəyişib. Bunların beyinlərini manipulyasiya edənlər hərbçiləri gündəmə gətiriblər. Sizlərdən sui- istifadə etməyə çalışırlar. Ancaq bu baş tutmayacaq. Azərbaycan Dövlətinin hərbçilərə münasibəti nümunəvi münasibətdir. Ölkə başçısı son çıxışlarının birində 11 min hərbçinin 2021-2025-ci illərdə mənzil və fərdi evlə təmin olunması məsələsi barədə danışdı. Bu cür qayğılar hamı kimi bizi də sevindirir.

Yeri gəlmişkən, Birinci vitse- prezidentin köməkçisi Elçin Əmirbəyov bu məsələyə mühüm aydınlıq gətirdi: "Hərbçilərin maaşları ilə bağlı məsələ birbaşa dövlət rəhbərliyinin nəzarəti altındadır”. O, bildirib ki, Azərbaycan dövləti öz əsgərinin qayğısına qala biləcək bir dövlətdir.

Təkrar edirəm, ölkədə və xaricdə qarşıdurma yaratmağa meylli olan ünsürlər məqsədlərinə çata bilməyəcəklər. Təəssüflər olsun ki, Pressklub.tv adlanan televiziya da bu gün “Azadlıq” qəzetinin apardığı antimilli təbliğata qoşulub. İlk baxışdan adama elə gəlirdi ki, presskluba intellektuallar toplaşıb. Ancaq bunlar da azadlığın qaraguruhçularından o tərəfə keçməyiblər. İstəyirsən professor ol, istəyirsən xalq yazıçısının oğlu ol. Təfəkkür həmən təfəkkürdür. Darıxmayın! Nə vaxtsa maskalar yirtılacaq.

Əziz hərbçilər! Sizdən məslələrə soyuq başla və anlayışla yanaşmağı rica edirəm. Yenə də təkrar edirəm. Nə Milli Məclisin rəhbərliyi, nə də deputatların heç biri Sizin maaşlarınızın azaldılması məsələsinə toxunmayıb. Nə belə səs yazısı var, nə belə müsahibə var, nə də belə müəllif yazısı var. Bu dezinformasiyanı yayanlar Ölkədə hərbçilərin heysiyyatına toxunmaq istəyən ünsürlərdir. Allah köməyiniz olsun!”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ən çox oxunanalar