Çərşənbə axşamı, 13 Aprel 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

“Molla Nəsrəddin”in ilk sayının çapından 115 il ötür

Bu gün Azərbaycanın ilk satirik-yumoristik jurnalı olan “Molla Nəsrəddin”in ilk sayının işıq üzü görməsindən 115 il ötür.

“Report”un Gürcüstan bürosu xatırladır ki, Azərbaycanın böyük yazıçısı, dramaturq, publisist və ictimai xadimi Cəlil Məmmədquluzadənin yaradıcısı olduğu dərginin ilk nömrəsi 1906-cı ilin aprelin 7-də Tbilisidə “Qeyrət” mətbəəsində çap olunub.

Böyük ədibin yazdıqlarına görə, “jurnalın ilk sayı min tirajla nəşr olunmuş, yarısı bir günün ərzində günortayadək Tiflis şəhərində satılmışdı”.

Azərbaycandilli həftəlik jurnalın 340 nömrəlik Tbilisi dövrü 1906-1918-ci illəri əhatə edir. Mətbu orqanın birinci nömrəsi “Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım” çağırışı və üz qabığında öz həmvətənlərini yatmış vəziyyətdən oyatmağa çalışan Molla Nəsrəddinin təsviri yer alıb. İlk sayın bütün karikaturları alman rəssam Oskar Şmerlinqə məxsusdur. Müəllifin jurnalın ilk nömrəsinin çətinliklə başa gəlməsini nəzərə alaraq, həmin karikaturaları təmənnasız çəkdiyi bildirilir.

Jurnal dövrün sosial-siyasi problemlərini sadə dildə, düşündürücü formada və orijinal satirik vasitələrlə oxuculara çatdırırdı. Mirzə Cəlilin özü demişkən, “Molla Nəsrəddin”i təbiət özü yaratdı, zəmanə özü yaratdı.

C.Məmmədquluzadənin həyat yoldaşı, görkəmli ictimai xadim Həmidə xanım Cavanşiri “Xatirələrim” kitabında yazır: “1906-cı il aprel ayının 7-si gecəsi Mirzə Cəlillə Ömər Faiq Nemanzadənin cibində cəmi 9 manat pul var imiş. Onlar da bu pula çap dəzgahının qulpunu fırlatmaq üçün bir hambal tutublarmış. Gecə hambalı yola saldıqdan sonra ikinci hambal tutmağa daha pul qalmayıb. Onlar səhərə qədər növbə ilə çap dəzgahının qulpunu fırlayıblar.” Sabahı isə Azərbaycan mətbuat tarixinin ən şərəfli səhifələrindən biri yazılıb: “Molla Nəsrəddin”.

“Molla Nəsrəddin”lə Azərbaycanda, eləcə də, Yaxın Şərqdə tənqidi realizmin, satirik jurnalistikanın və karikatura sənətinin əsası qoyulub. Jurnal Azərbaycan satirik mətbuatının zirvəsi ilə yanaşı, haqlı olaraq realist yazılı ədəbiyyatımızın milli-mənəvi sərvəti də hesab edilir.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

17 yaşında Bakı meri ilə eşq yaşadı, 8 il həbs yatdı, rus qəbiristanlığında basdırıldı

İddia: “Albert Rıjıy” “Lotu Quli”nin qətlinin sifarişçisi olduğu üçün öldürülüb? 

Məşhur aparıcı Moskva toylarından danışdı: “Pul üstündə gedən davaları görərdiniz” - Video

“Albert Rıjiy” ləqəbli avtoritet Əli Heydərov Moskvada qətlə yetirilib - Anbaan video

Prezident İlham Əliyev Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib - Yenilənib 2

Rusiyanın Türkiyəyə çarter reyslərinin dayandırılması ilə bağlı önəmli açıqlama - Yenilənib

Azərbaycanda prokurorluq işçilərinin maaşları iki dəfə artırılır

Erməni mətbuatı: Paşinyan Xocalı cəlladını Araikin yerinə gətirir? 

Nazir Xocavənd üzrə yeni nümayəndə təyin edib

Saxta yollarla pensiya alanları hansı cəza gözləyir?- Ekspert açıqladi

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay