Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sahibə Qafarova İran Parlamenti sədrinin müavini ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransında iştirak etmək üçün ölkəmizdə səfərdə olan İran İslam Şurası Məclisi sədrinin müavini Əli Nikzad ilə görüşüb.

"Report" xəbər verir ki, qonağı salamlayan Milli Məclisin sədri Sahibə Qafarova qeyd edib ki, ölkəmiz İranla ikitərəfli və çoxtərəfli formatda əlaqələrin inkişaf etdirilməsində maraqlıdır. Ötən il İrana səfərindən danışan spiker həmin səfər çərçivəsində keçirdiyi görüşləri və aparılan danışıqları məmnunluqla xatırlayıb. Qeyd edilib ki, iki ölkə arasında dost və mehriban qonşuluq münasibətləri var.

İranla parlamentlərarası əlaqələrdən danışan Milli Məclisin sədri bildirib ki, qarşılıqlı əlaqələrin inkişafında parlamentlərimiz mühüm rol oynayır. Deputatlarımız tərəfindən müntəzəm olaraq qarşılıqlı səfərlər həyata keçirilir. Hər iki ölkənin qanunvericilik orqanlarında fəaliyyət göstərən işçi qrupları parlamentlərimiz arasında körpü yaradır.

Söhbət zamanı Milli Məclisin sədri Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbədən sonra regionda yeni yaranmış vəziyyət haqqında məlumat verərək, deyib ki, münaqişə başa çatdıqdan sonra Azərbaycanın Ermənistanın işğalından azad edilmiş ərazilərində genişmiqyaslı yenidənqurma və bərpa dövrü başlayıb, regionda yeni reallıq yaranıb.

Dost və qonşu ölkəyə səfər etməkdən məmnunluğunu bildirən İran İslam Şurası Məclisi sədrinin müavini Əli Nikzad İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransının Azərbaycanda yüksək səviyyədə təşkilinə və keçirilməsinə görə təşəkkürünü bildirib. Qonaq Milli Məclisin sədrinin başçılığı ilə ötən il Azərbaycan parlament nümayəndə heyətinin İrana səfərini və keçirilən görüşlərin əhəmiyyətini yüksək dəyərləndirib. İran parlamentinin vitse-spikeri parlamentlərarası əlaqələrin inkişafının ümumi məqsədlərə xidmət etdiyini bildirib, nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin əhəmiyyətini vurğulayıb.

Söhbət zamanı Əli Nikzad Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin tezliklə bərpa olunacağına və məcburi köçkünlərin öz doğma yurdlarına qayıdacaqlarına inamını ifadə edib.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək

Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı qərar verdi

Qətlə görə saxlanılan direktor müavini imiş - Yenilənib, Foto

Sabirabadda dəfn olundu, Bakıda televizor alanda tutuldu

Putin Peskovla bağlı qərarını açıqladı - Foto

Ceyhun Bayramovla ATƏT sədri arasında görüş keçirilib - Yenilənib

Köç karvanı Şuşaya çatıb, açarlar sakinlərə təqdim edilib - Yenilənib 

Baş nazirdən həqiqi hərbi xidmətə çağırışla bağlı qərar

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Natiq Miri: Hər tərəfdə kim nə düşünürsə düşünsün, Azərbaycana möhtacdırlar...

Ən çox oxunanalar