Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı məhkəmədə şahidlər dindiriliblər

Milli Məclisin deputatı Fazil Mustafaya sui-qəsddə təqsirləndirilən Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov, Elşad Əsgərov və Səbuhi Şirinovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib və şahidlər dindiriliblər...

“Report” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxsin vəkili məhkəməyə Fazil Mustafanın ərizəsini təqdim edib və bildirib ki, müvəkkili ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edir.

Daha sonra şahidlərdən əvvəlcə hazırda məhkumluq həyatı yaşayan Xəyyam Musayev ifadə verib:

“Təqsirləndirilən şəxslərdən yalnız Rəşad Əhmədovu tanıyıram. Uşaqlıq dostum olub. Rəşad mənə tapançanı verərək özümdə saxlamağı xahiş etdi, mən də saxladım. Daha sonra məni həbs etdilər. Silahı başqasına 800 manata satdım”.

Daha sonra şahid qismində polis əməkdaşları ifadə veriblər. Onlar təqsirləndirilən şəxslərdən yalnız Rəşad Əhmədovu tanıdıqlarını deyiblər. Polis əməkdaşları bildiriblər ki, həmin gün növbətçi hissəyə Rəşad Əhmədovun narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsi və silah gəzdirməsi ilə bağlı məlumat daxil olub. Şahidlərin sözlərinə görə, onu idarəyə aparıb axtarış ediblər və onun üzərindən metamfetamin aşkarlanıb. Məhkəmənin növbəti iclası aprelin 5-nə təyin edilib.

Qeyd edək ki, hadisə ötən ilin martın 28-də baş verib. Milli Məclisinin deputatı Fazil Qəzənfər oğlu Mustafaya yaşadığı evin qarşısında “Kalaşnikov” avtomat silahından atəş açılaraq terror aktı törədilib. Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində terror aktını törətməkdə şübhəli bilinən şəxslər tutularaq istintaqa təhvil veriliblər.

Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində Cinayət Məcəlləsinin dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə və digər maddələri ilə cinayət işi başlanılıb.

Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov, Elşad Əsgərov və Səbuhi Şirinov həbs ediliblər.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək

Qətlə görə saxlanılan direktor müavini imiş - Yenilənib, Foto

Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı qərar verdi

Sabirabadda dəfn olundu, Bakıda televizor alanda tutuldu

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Putin Peskovla bağlı qərarını açıqladı - Foto

Ceyhun Bayramovla ATƏT sədri arasında görüş keçirilib - Yenilənib

Köç karvanı Şuşaya çatıb, açarlar sakinlərə təqdim edilib - Yenilənib 

Baş nazirdən həqiqi hərbi xidmətə çağırışla bağlı qərar

Natiq Miri: Hər tərəfdə kim nə düşünürsə düşünsün, Azərbaycana möhtacdırlar...

Ən çox oxunanalar