Avropa İttifaqı Gürcüstanı üzvlüyünə qəbul etməyə can atmır və dövlətin özü də buna hazır deyil...
Poliqon xəbər verir ki, bunu Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının sədri, keçmiş başnazir İrakli Qaribaşvili deyib.
Qaribaşvili bildirib ki, Gürcüstan hakimiyyətinin Avropa İttifaqına daxil olması ilə bağlı ortaq rəyi yoxdur. Eyni zamanda, onun sözlərinə görə, Tiflis Gürcüstan Aİ-yə dəvət olunandan dərhal sonra xarici agentlər haqqında qanunu ləğv edəcək.
"Parlamentdə müzakirələr aparıla bilər, qalan hər şey seçkilərdə həll olunmalıdır", deyə o, vurğulayıb.
Qeyd edək ki, xarici agentlər haqqında qanun Gürcüstanda vəziyyəti gərginləşdirib. Bir neçə gündür paytaxt Tiflisdə etiraz aksiyaları keçirilir.
Poliqon.info