Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycan missionerlik üçün yer deyil”


Dini mərasimləri ancaq qeydiyyatı və icazəsi olan din xadimləri həyata keçirə bilərlər


Azərbaycan dünyada İslam dünyasının bir hissəsi, İslam dininin yayıldığı ölkə kimi tanınıb və qəbul edilib. Neçə əsrdir, İslam bizim dinimizdir, ona görə də kimsə bura gəlib missionerlik edə bilməz. Azərbaycan missionerlik üçün yer deyil”.
 
APA-nın məlumatına görə, bunu Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bu gün Bakının Yasamal rayonunda dindarlarla keçirdiyi görüşdə deyib.
 
Dövlət Komitəsinin sədri qeyd edib ki, kim dini təbliğatla məşğul olmaq istəyirsə, bunu dünyəvi dinlərə malik olmayan xalqlar, tayfalar içərində aparsın.
 
O, İslam dini arasında bölücülük yaratmaq istəyənlərin isə faktiki olaraq İslama zərbə vurmaqla məşğul olduqlarını bildirib.
 
Komitə sədri dini mərasimlərin keçirilməsinə də toxunub.
 
M. Qurbanlı deyib ki, ölkədə dini mərasimləri qanunvericilikdə də nəzərdə tutulduğu kimi ancaq din xadimləri icra edə bilərlər: “Bu dünyanın hər yerində belədir. “Dini etiqad azadlığı haqqında” qanunda aydın göstərilib ki, dini mərasimləri ancaq qeydiyyatı və icazəsi olan din xadimləri həyata keçirə bilərlər. Kimsə özünü din xadimi adlandırıb bu işi görürsə, özünü hansısa dini mərasimin başçısı elan edirsə bu, artıq qanun pozuntusudur. Bu özünü yalandan həkim, polis elan etmək kimi bir şeydir və qanunsuzdur. Ona görə də dini ayinləri, dini mərasimləri yalnız qeydiyyatı olan din xadimləri keçirə bilər və keçirməlidirlər”.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Dəhşətli qəzada həlak olan qazinin görüntüsü - Yenilənib,Video,Foto

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Talıb Talenin özündən 15 yaş kiçik nişanlısının görüntüləri yayıldı - Video

“Trendyol” Azərbaycan üçün qiymətləri kəskin artdı

Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək

ABŞ Azərbaycanla Ermənistan arasında sülhün mümkünlüyünə inanır

Ən çox oxunanalar