Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycanlı qadınları əvvəlcə Pakistana çox aparırdılar, amma…”


“Azərbaycanlı qadınların cinsi istismar məqsədilə Pakistana aparılmasının qarşısı alınmışdı, yəni Pakistan xətti ləğv edilmişdi. Amma qadınları istismar məqsədilə aparan hansısa qrupun yarandığı və ya qadınların fahişəlik məqsədilə könüllü getmələri ehtimalı da var”


Bunu virtualaz.org saytına “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova deyib.

Hüquq müdafiəçisinin sözlərinə görə, 2008-2009-cu illərdə cinsi istismar məqsədilə Pakistana aparılan azərbaycanlı qadınların sayı çox olub: “Pakistan hökuməti insan alveri ilə mübarizədə beynəlxalq standartlara riayət edir. Bundan əlavə, Azərbaycanla Pakistan arasında əlaqələr inkişaf edib. Azərbaycan hökuməti tez bir zamanda saxlanılan qadınların insan alveri qurbanı olub-olmadığını öyrənə biləcək”.

Təşkilat rəhbəri qeyd etdi ki, azərbaycan qadınlarının aparıldığı ölkələr arasında Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri öndə gəlir: “Son illərə qədər siyahıda Pakistan da var idi. Hər iki dövlət qurumlarının səyi nəticəsində insan alverinin qarşısı nisbətən alınıb”.

Qeyd edək ki, son illər Azərbaycana gətirilən insan alveri qurbanları arasında Pakistan vətəndaşları yoxdur. M.Zeynalova bildirdi ki, ötən il 53 nəfərin insan alveri qurbanı olduğu müəyyənləşdirilib: “Hazırda Daxili İşlər Nazirliyinin sığınacağında məcburi əmək qurbanı olan 10-a yaxın kişi qalır. İnsan alveri qurbanı olan 4 qadın isə bizim təşkilata yönləndirilib”.

Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin saytında verilən məlumatda isə deyilir ki, bu ilin ilk yarısında 78 insan alveri, insan alveri məqsədilə sənədlərlə 9 qanunsuz hərəkət, 5 məcburi əmək cinayət faktı qeydə alınıb. İnsan alveri cinayəti törətdiklərinə görə 17 şəxs (15 qadın, 2 kişi) cinayət məsuliyyətinə cəlb edilib və 48 insan alveri qurbanı müəyyənləşdirilib. Onlardan 5-i əcnəbidir.  Axtarışda olan 4 insan alverçisi tutularaq istintaq cəlb edilib.

İnsan alveri qurbanı olanların  47-si qаdın, biri isə kişidir. Onlardan biri əmək, 47-si isə cinsi istismara məruz qalıb. Cinsi istismara məruz qalan əcnəbilərin 5-də özbək əsillidir. 43-ü Azərbaycan vətəndaşlarıdır. Qurbanlardan 33-ü Türkiyədə,  6-sı Azərbaycanda, 6-sı Birləşmiş Ərəb Əmirliyində, 3-ü Rusiyada cinsi istismara məruz qalıb.

Xəbərdə o da qeyd olunur ki, insan alveri qurbanına çevrilənlərin 10-u erkən nikaha daxil olanlardır.

Xatırladaq ki, Pakistanın daxili işlər naziri bu ölkənin paytaxtı İslamabadda və ona yaxın Ravalpindi şəhərindəki bordellərdə məskən salmış, Azərbaycan və bəzi digər keçmiş sovet respublikalarından olan qadınlara qarşı xüsusi reydlərə göstəriş verib. Nazir Çaudri Nisar Əli Xanın göstərişi ilə 3 yüngül əxlaqlı qadın ölkədən deportasiya edilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Dəhşətli qəzada həlak olan qazinin görüntüsü - Yenilənib,Video,Foto

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Talıb Talenin özündən 15 yaş kiçik nişanlısının görüntüləri yayıldı - Video

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

Politoloq: İndi Ermənistan Rusiya ilə bağlı ehtiyyatlı olmalıdır...

Ən çox oxunanalar