Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Cəfər Cabbarlı və milli istiqlal hərəkatı” kitabı təqdim olunacaq


Bu gün AMEA Nizami adına Ədəbiyyat İnstitutunda “Cəfər Cabbarlı adına mədəniyyət, elm və təhsilin inkişafına yardım” İctimai Birliyinin təşkilatçılığı ilə “Cəfər Cabbarlı və milli istiqlal hərəkatı” kitabın təqdimatı olacaq.


C.Cabbarlının ev-muzeyinin direktoru direktoru Qəmər Bağırova AZƏRTAC-a bildirib ki, kitabın müəllifi fililogiya elmləri doktoru, professor Asif Rüstəmlidir.

Kitab Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Təhsil müəssisələrində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi mövzusuna həsr olunan əsərlərin, vətənpərvərlik ideyalarının təbliği” layihəsi çərçivəsində “C.Cabbarlı adına mədəniyyət, elm və təhsilin inkişafına yardım” İctimai Birliyi tərəfindən hazırlanıb. Layihənin rəhbəri C.Cabbarlının ev-muzeyinin direktoru, C.Cabbarlı adına İcimai Birliyin sədri Qəmər Bağırovadır.

Kitabda görkəmli dramaturq, peşəkar yazıçı, istedadlı şair, istiqlal mücadiləsinin fəal üzvlərindən biri Cəfər Cabbarlının Azərbaycan Xalq Cümhuriyyəti dövrü, ondan əvvəlki və sonrakı fəaliyyət sferası, sovet rejiminə qarşı qeyri-leqal mübarizədə Milli İstiqlal Hərəkatına (1920-1923) qoşulması, gizli “İstiqlal” (1922-1923) qəzetinin nəşri prosesində iştirakı, məhbəs həyatı zəngin arxiv materialları əsasında geniş tədqiq və təqdim olunub.(kulis)

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək

Qətlə görə saxlanılan direktor müavini imiş - Yenilənib, Foto

Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı qərar verdi

Sabirabadda dəfn olundu, Bakıda televizor alanda tutuldu

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Putin Peskovla bağlı qərarını açıqladı - Foto

Ceyhun Bayramovla ATƏT sədri arasında görüş keçirilib - Yenilənib

Köç karvanı Şuşaya çatıb, açarlar sakinlərə təqdim edilib - Yenilənib 

Baş nazirdən həqiqi hərbi xidmətə çağırışla bağlı qərar

Natiq Miri: Hər tərəfdə kim nə düşünürsə düşünsün, Azərbaycana möhtacdırlar...

Ən çox oxunanalar