Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Müharibə Stepanakertin üstündəki bayrağın dəyişməsi ilə qurtaracaq”


Ara Papyan: "Ermənistan aydın anlayır ki, müharibə Stepanakertin üstündəki bayrağın dəyişməsi ilə qurtaracaq"


Erməni politoloqu, "Modus vivendi " mərkəzinin rəhbəri Ara Papyan Dağlıq Qarabağdakı vəziyyəti "sürünən müharibə" adlandırıb və bildirib ki, Ermənistanda əla anlayırlar: hərbi hərəkətlərin davamı Xankəndinin üstündə bayrağın dəyişməsinə gətirib çıxaracaq.

Virtualaz.org bildirir ki, onun sözlərinə görə, erməni siyasi rəhbərliyi son zamanlar hərbi pariteti saxlamaq ehtiyacı haqda tez-tez danışırdı və Ermənistan qızğın silahlanmaya qoşulmağa məcbur edildi.

"Sülhün saxlanılması – paritetin saxlanılması siyasidən çox, hərbi məsələdir. Başqa çıxış yolu yoxdur. Erməni tərəfi aydın anlayır ki, bu yalnız adicə müharibə olmayacaq, bu münaqişə "Stepanakert”in (dırnaqlar bizimdir – virtualaz.org) üstündə bayrağın dəyişməsi ilə qurtaracaq", - deyə "Qafqaz qovşağı" A.Papyandan sitat gətirir.

Politoloq hesab edir ki, dünya ictimaiyyəti Qarabağ münaqişəsi zonasında vəziyyətin kəskinləşməsi ehtimalından narahat olub. Onun fikrinə görə, BMT Təhlükəsizlik Şurasının iclasında baş katib Antonio Quterrişin verdiyi bəyanat da bunu təsdiq edir.

Xatırladaq ki, BMT-nin baş katibi fevralın 21-də verdiyi həmin bəyanatında demişdi: “Avropadakı münaqişələrə dair istifadə edilən “dondurulmuş münaqişə” termini aldadıcıdır. Sülh sazişləri bağlanmadıqca və realizə edilmədikcə, gərginliyin bərpası riski qalır – biz bunu keçən il apreldə Cənubi Qafqazda və Dağlıq Qarabağda müşahidə etdik”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Dəhşətli qəzada həlak olan qazinin görüntüsü - Yenilənib,Video,Foto

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Talıb Talenin özündən 15 yaş kiçik nişanlısının görüntüləri yayıldı - Video

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

“Trendyol” Azərbaycan üçün qiymətləri kəskin artdı

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Ən çox oxunanalar