Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Neftçi“ “Rapid“in futbolçusunu transfer edib


Azərbaycan çempionatında daha bir legioner futbolçu çıxış edəcək


Apasport.az saytı xəbər verir ki, “Neftçi” heyətinə yeni oyunçu qatıb.
 
Belə ki, Bakı təmsilçisi Buxarest “Rapid”ini tərk etmiş Katalin Tira ilə anlaşıb. Bu barədə məlumatı Rumıniyanın digisport.ro saytı yayıb.
 
“Rapid” Liqa-1-dən kənarda qaldığı üçün Buxarest təmsilçisinin futbolçuları yeni klub axtarışına çıxıblar. Onların sırasında Tira da olub. Rumıniyalı hücumçu Azərbaycandan gələn təklifə “hə” cavabını verib.
 
22 yaşlı forvardın Azərbaycan çempionatının ötən mövsümünü 6-cı pillədə bitirmiş “Neftçi” ilə razılığa gəldiyi qeyd olunub.
 
Katalin Tira karyerası ərzində “Rapid”dən öncə “Den Haq”, “Braşov” və “Konkordia” klublarının da formasını geyinib. O, Rumıniyanın U-21 yığmasında iştirak etdiyi 3 oyunda  1 qola imza atıb.
 
Qeyd edək ki, mövsümlərarası fasilədə Nikolas Kanales, Antonio Quinta, Erik Ramos, Aqil Məmmədov, Ailton Silva və Xuan Alberto Melli ilə vidalaşan “Neftçi” əvəzində Edson Kastilyo, Murad Ağayev, Vançe Şikov, Dario Melnyak və Krşevan Santinini heyətinə qatıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Dəhşətli qəzada həlak olan qazinin görüntüsü - Yenilənib,Video,Foto

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Talıb Talenin özündən 15 yaş kiçik nişanlısının görüntüləri yayıldı - Video

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

“Trendyol” Azərbaycan üçün qiymətləri kəskin artdı

ABŞ Azərbaycanla Ermənistan arasında sülhün mümkünlüyünə inanır

Ən çox oxunanalar