Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Ölkə əhalisi gəlirlərinin 72%-ni ərzaq məhsullarının alınmasına sərf edir” - İqtisadçı rəyi


“Statistika Komitəsinin statistik dəyərləndirməsinə yox, real təhlillərə daha böyük önəm verməni daha doğru sayıram”


Bu fikirləri Dövlət Statistika Komitəsinin əhalinin gəlirləri ilə bağlı hesabatına münasibət bildirən iqtisadçı Məhəmməd Talıblı PİA.AZ-a açıqlamasında qeyd edib.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu ilin yanvar-may aylarında ölkə əhalisinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 8,3% artaraq 17 511,6 mln. manata çatıb. Ötən həftə isə Dövlət Statistika Komitəsindən verilən məlumatda göstərilirdi ki, 2016-cı ilin yanvar-may aylarında ümumi daxili məhsul (ÜDM) 4,2% azalıb. ÜDM-nin 4,2% azaldığı şəraitdə əhalinin gəlirlərinin 8,3% artması ilə bağlı DSK-nin məlumatlarında hansısa uyğunsuzluq varmı?

Bu mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı iqtisadçı ekspert Məhəmməd Talıblıya müraciət edib.

Image result for mehemmed talibli
Məhəmməd Talıblı: “Real gəlirlərin artması realistik vəziyyəti daha dəqiq ifadə etməyə imkan verir”.


Dövlət Statistika Komitəsinin statik göstəricilərini inandırıcı saymayan Məhəmməd Talıblıya görə, real təhlilərə önəm vermək daha məqsədəuyğundur:

“Əslində iqtisadi baxımdan məntiqlidir. ÜDM-in həcmi azalırsa, əhali gəlirləri də azalmalıdır. Əhali gəlirlərinin azalmasının əsas göstəricisini istehlak mallarının satış həcmindəki azalmalardan da görmək olur. Əhalinin gəlirlərinin azalmasından danışarkən, heç şübhəsiz ki, onların xərclərinin strukturuna da diqqət etmək lazımdır. Ölkə əhalisi gəlirlərinin 72 %-ni yalnız ərzaq məhsullarının alınmasına sərf edir. Yerdə qalanını isə qeyri-ərzaq məhsullarına, digər xidmətlərə ayırır. 

Deməli, bu ölkədə yoxsulluq dərinliyinə yaxınlaşmanı şərtləndirir. Əhali gəlirlərinin nominal artması yox, real gəlirlərinin artmasına xüsusi diqqət etmək lazımdır. Real gəlirlərin artması realistik vəziyyəti daha dəqiq ifadə etməyə imkan verir. Ona görə Statistika Komitəsinin statistik dəyərləndirməsinə yox, real təhlillərə daha böyük önəm verməni daha doğru sayıram.”

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Dəhşətli qəzada həlak olan qazinin görüntüsü - Yenilənib,Video,Foto

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Talıb Talenin özündən 15 yaş kiçik nişanlısının görüntüləri yayıldı - Video

Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək

ABŞ Azərbaycanla Ermənistan arasında sülhün mümkünlüyünə inanır

Deputat: “Uşağı əməliyyatla dünyaya gətirirlər, bunun nəyi analıqdır?!” - Video

Ən çox oxunanalar