Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

AVRO-2020: Belçika da 1/8 finala yüksəldi - Video

Futbol üzrə Avropa çempionatında B qrupunun II turuna yekun vurulub.

"Report"un məlumatına görə, turun növbəti qarşılaşmasında Danimarka və Belçika yığmaları üz-üzə gəlib. Kopenhagendəki "Parken" stadionunda təşkil olunmuş qarşılaşma Belçikanın əzmkar qələbəsi ilə yekunlaşıb - 2:1.

Hesabı Danimarka millisinin hücumçusu Yussuf Poulsen açıb. 27 yaşlı forvard 1 dəqiqə 39-cu saniyədə fərqlənərək, Avropa çempionatları tarixinin ikinci ən sürətli qolunun müəllifi olub.

Fasilədən sonra "qırmızı şeytanlar" hesabda dönüş etməyi bacarıb. 55-ci dəqiqədə Torqan Azar, 70-ci dəqiqədə Kevin De Bruyne fərqlənərək, yekun nəticəni müəyyənləşdirib.

Bununla da Rusiyanın ardından (3:0) Danimarkanı da yenən Belçika millisi xalını 6-ya çatdıraraq, B qrupunun lideri kimi 1/8 finala növbəti vəsiqəyə sahib çıxıb. İlk vəsiqəni ötən gün A qrupundan İtaliya yığması əldə edib.

Qeyd edək ki, B qrupunda II turun digər görüşündə Rusiya Finlandiyaya 1:0 hesabı ilə qalib gəlib. Hazırda bu iki komanda 2-3-cü yerləri bölüşür. III turda Belçika Finlandiyanı, Rusiya Danimarkanı sınağa çəkəcək.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

“Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi

Dünyada İT-yə xərclənən vəsait 5 trilyon dolları keçəcək

Ən çox oxunanalar