Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

AŞPA mina xəritələrinin Azərbaycana verilməsinin vacib olduğunu bildirib

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) bu gün işə başlayan payız sessiyasında "ErmənistanAzərbaycan arasındakı münaqişənin humanitar nəticələri" adlı qətnamə qəbul edilib.

"Report"un Fransa bürosu xəbər verir ki, qətnamədə 1991-1994-cü illərdə baş verən birinci Qarabağ müharibəsi və 2020-ci ildə 44 günlik ikinci Qarabağ müharibəsi zamanı həlak olanlar, itkin, qaçqın, məcburi köçkün düşənlər, mədəni irsə dəyən ziyanlar, minalanmış ərazilər və digər məsələlər yer alıb.

Qarabağ müharibəsi zamanı baş verən insan faciəsinin aradan qaldırılması məqsədilə hər iki tərəfə tövsiyələr ünvanlanıb.

AŞPA birinci Qarabağ müharibəsinə son qoyan 9-10 noyabr tarixli atəşkəs elan olunmasına dair üçtərəfli razılaşmanı yüksək qiymətləndirib, sənədin atəşkəs üçün əsas elementlərdən ibarət olduğunu, müharibənin humanitar nəticələrinin həll edilməsinə imkan yaradan aparıcı sənəd olduğunu bildirib.

Qətnamənin müzakirəsi zamanı çıxış edən AŞPA üzvləri mina xəritələrinin Azərbaycana verilməsinin bundan sonrakı insan ölümünün qarşısının alınması üçün vacib olduğunu xüsusi vurğulayıblar.

Beynəlxalq icma xüsusilə Avropa Şurası hər iki ölkəyə yardım göstərməyə dəvət edilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Prezident İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib - Yenilənib

Politoloq: İndi Ermənistan Rusiya ilə bağlı ehtiyyatlı olmalıdır...

Ən çox oxunanalar