Bazar, 05 Dekabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

MSK: Özbəkistanda prezident seçkilərində fəallıq 80%-i ötüb- Yenilənib

Özbəkistanda bu gün keçirilən prezident seçkilərinin nəticələrinə əsasən, seçki məntəqələri bağlanana qədər seçici fəallığı 80,8% təşkil edib.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə MSK-nın sədri Zayniddin Nizamxocayev bildirib.

"Seçici fəallığını qeydə alan elektron sistemə görə, saat 20:00-da (Bakı vaxtı ilə saat 19:00) 16 036 914 nəfər və ya ümumi siyahının 80,8%-i seçki məntəqələrinə gəlib", - Nizamxocayev deyib.

Qeyd edək ki, səsvermə bu gün saat 08:00-da (Bakı vaxtı ilə saat 07:00-da) başlayıb və saat 20:00-a (Bakı vaxtı ilə 19:00) qədər davam edib. Seçkilər baş tutmuş elan olunur, seçici fəallığı tələb olunan 33%-i keçib.

Yenilənmiş məlumatlara görə, seçkilərdə 19,86 milyon seçici səsvermə hüququna malikdir.

***

Özbəkistan vətəndaşlarının bazar günü prezident seçkilərində səs verdikləri seçki məntəqələri respublikada yerli vaxtla saat 20:00 -da bağlanıb.

APA-nın TASS-a istinadən məlumatına görə, ümumilikdə ölkədə 9 min 925 seçki məntəqəsi yaradılıb, daha 54 seçki məntəqəsi və 380 mobil məntəqə xaricdə fəaliyyət göstərib.

Mərkəzi Seçki Komissiyası Vahid Elektron Seçici Siyahısına təxminən 19,9 milyon nəfəri daxil edib, 14 mindən 20 oktyabradək keçirilən erkən səsvermədə 400 mindən çox vətəndaş iştirak edib. Yerli vaxtla 17:30 (Moskva vaxtı ilə 15:30) tarixində seçici fəallığı 70%-dən çox idi.

***

Özbəkistanda keçirilən prezident seçkilərində seçici fəallığı 71,8 faiz təşkil edir.

"Report" xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyası (MSK) sədrinin müavini Bəhrom Kuçkarov bildirib.

MSK rəsmisi deyib ki, saat 17:00-a olan məlumata görə, 14 milyon 258 min 780 seçici səs verib.

Seçkilər üçün 10 761 seçki məntəqəsi yaradılıb. 37 ölkədə xaricdəki vətəndaşlara səs vermək üçün 54 stasionar seçki məntəqəsi açılıb.

***

Özbəkistanda prezident seçkilərində səsvermə əhalinin yüksək fəallığı ilə keçirilir.

"Report" xəbər verir ki, bu barədə Özbəkistan Mərkəzi Seçki Komissiyasının mətbuat mərkəzinin rəhbəri Caloliddin Usmanov məlumat verib.

Onun sözlərinə görə, yerli vaxtla saat 13:00-a artıq seçicilərin 50%-dən çoxu səs verib.

Beləliklə, 10 milyon 462 min 575 nəfər və ya seçicilərin 52,7%-i öz səsvermə hüququndan istifadə edib.

Qeyd edək ki, seçkilərdə Özbəkistanda fəaliyyət göstərən siyasi partiyaları təmsil edən 5 namizəd iştirak edir: Özbəkistan Ekologiya Partiyasından Narzullo Naimoviç Oblomuradov, Özbəkistan Xalq Demokratik Partiyasından Maksudə Azizovna Varisova, Sahibkarlar və İş adamları Hərəkatından - Özbəkistan Liberal Demokrat Partiyasından Şavkat Miromonoviç Mirziyoyev, Özbəkistanın “Milli tıklanış” Demokrat Partiyasından Əlişir Keldiyeviç Kodirov, Özbəkistanın “Adolat” Sosial Demokrat Partiyasından Bəhram Abdurəhimoviç Abduhəlimov.

Seçkilərin ilk nəticələri sabah MSK tərəfindən açıqlanacaq. Yeni prezident səsvermə günündən iki aydan gec olmayaraq səlahiyyətlərinin icrasına başlamalıdır.

pia.az 


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Sabiq nazirlə general həbsdə, Fazil Məmmədov isə rahatca biznesini idarə edir

Azərbaycanda yüksək vəzifəli şəxs koronavirusdan öldü - Foto

Xocavənddə məhv edilən erməni görün kim imiş - İlginc detallar

Stokholmda nazirlər niyə görüşmədi? - Azərbaycan XİN Ermənistanı yeni təxribatda ittiham etdi  

Əsgərimizin zərərsizləşdirdiyi erməninin hərbçi olduğunu sübut edən - Foto

ABŞ-ın mühasirəsi və Türkiyənin yeni iqtisadi mənzərəsi...

Prezidentə sui-qəsd cəhdi - Ərdoğanın mitinqində bombalı hücumun qarşısı son anda alınıb

Gəncəçayın sağ sahili hansı əsaslarla satılır? Niyazi Bayramov sələfinin yolunu gedir

Ordumuzun sərrast zərbəsi: Düşmənin məhv edilən D-30 divizionu - Video

Sülhməramlılar Qarabağda ermənilərlə birlikdə üzüm bağı salır - Foto

600 minlik yeyinti edən baş həkim məhkəmədə: "Bunu təkbaşına görməmişəm"

Ən çox oxunanalar