Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropa Komissiyası Ukraynanın müharibədən sonra bərpası planını təsdiqləyib

Avropa Komissiyası Ukraynanın müharibədən sonra bərpası planını təsdiqləyib. Avropa İttifaqı Ukraynaya 9 milyard avro makromaliyyə yardımı ayıracaq.

“Report” “RBC-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal bildirib.

Qeyd olunur ki, plan müharibədən sonra Yenidənqurma üzrə Milli Şura tərəfindən hazırlanıb. Avropa İttifaqı da məhz bu sənəd əsasında addımlar atacaq. Hökumət başçısının sözlərinə görə, prosesin “sahibi” Ukrayna olacaq. Maksimum şəffaflıq və səmərəlilik üçün avropalı tərəfdaşların cəlb edilməsi planlaşdırılır.

Bərpa planı dörd əsas prinsipdən ibarətdir: bütün infrastrukturun ən son standartlara və Avropa siyasətinə uyğun bərpası; Ukrayna dövlətinin və qurumlarının modernləşdirilməsi; Ukraynanın bütün sferalarda və istiqamətlərdə Aİ ilə maksimum inteqrasiyası; iqtisadi transformasiya, o cümlədən Ukrayna biznesi üçün yeni imkanlar.

“Ölkəmizlə son dərəcə həmrəylik nümayiş etdirən bu sənədin qəbuluna görə Avropa Komissiyasına minnətdarıq. Qalib gələcəyimizə, həmçinin güclü və bərabərhüquqlu Aİ üzvü olacaq Ukraynamızı yenidən quracağımıza əminik”, - D.Şmıqal əlavə edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

“Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın danışdı - Video

Ən çox oxunanalar