Əlavə ABŞ hərbi məsləhətçiləri Ukraynaya göndərilsə, cəbhə xətti yaxınlığında yerləşdirilməyəcək...
Poliqon xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin sözçüsü Patrik Rayder bildirib.
Rayder əlavə məsləhətçilərin göndərilməsi məsələsinin hələ də nəzərdən keçirildiyini və bununla bağlı qərarın verilmədiyini vurğulayıb.
“Ancaq belə bir qərar qəbul edilərsə, bir neçə əsas məqam var. Birincisi, bu hərbi məsləhətçilər kiçik sayda olacaq. İkincisi, bu şəxslər səfirlikdə işə götürüləcək və bütün səfirliyin əməkdaşları ilə eyni səyahət məhdudiyyətlərinə məruz qalacaqlar”, deyə Pentaqonun sözçüsü bildirib.
Poliqon.info