Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistanın Qarabağın müstəqiliyini tanınması sülh müzakirələrində hansı dəyişikliklərə yol aça bilər?


Fərhad Mehdiyev: “Dağlıq Qarabağın müstəqilliyinin Erənistan tərəfindən tanınması, ya da Dağlıq Qarabağın Ermənistana birləşdirildiyinin bəyan edilməsi sülh prosesinin avtomatik olaraq dayandıracaq”


“Real güzəşt konkret ondan ibarətdir ki, Ermənista işğal olunmuş Azərbaycan ərazilərindən ordusun çıxartsı və bundan sonra münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli üçün masaya otursun”.

Bu sözləri hüquq elmləri üzrə fəlsəfə doktoru, beynəlxalq qanunvericilik üzrə ekspert, politoloq Fərhad Mehdiyev Ermənistan prezidenti Serj Sarkisyanın  İspaniyanın EFE agentliyinə verdiyi müsahibədə Dağlıq Qarabağla bağlı səsləndirdiyi fikirləri PİA.AZ-a şərh edərkən deyib.

Xəbər verdiyimiz kimi Ermənistan prezidenti Serj Sarkisyan  İspaniyanın EFE agentliyinə müsahibə verib. Ermənistan prezidenti müsahibədə qeyd edib ki, “Azərbaycan əvvəlki razılşamalara əməl etsin, sonra yenidən görüşməyi düşünərik. Əvvəlki razılaşmalar yerinə yetirilmirsə, yenidən görüşməyin nə mənası?”. S.Sarkisyanın sözlərinə görə, Ermənistan danışıqlar masasına yalnız atəşin dayandırılması rejiminin pozulması hadisələrinin araşdırılması üçün mexanizmin yaradılması halında qayıdacaq. Məlum olduğu kimi, Azərbaycan öz işğal edilmiş və beynəlxalq səviyyədə tanınmış ərazilərində belə mexanizmin yaradılmasından prinsipial olaraq imtina edir və tələb irəli sürür ki, işğalçı Ermənistan qoşunlarını özünün beynəlxalq aləm tərəfindən tanınmış sərhədlərinə çəksin. Həmçinin Sarkisyan deyib ki, Azərbaycan irimiqyaslı əməliyyata başlasa, Ermənistan dərhal Dağlıq Qarabağın müstəqiliyini tanıyacaq.

Ermənistanın  Dağlıq Qarabağın müstəqiliyini tanıması sülh müzakirələrində hansı dəyişikliklərə yol aça bilər? 

PİA.AZ-ın əməkdaşı bu sualla politoloq Fərhad Mehdiyevə müraciət edib.

Картинки по запросу fərhad mehdiyev

Fərhad Mehdiyev: “Ermənistan tərəfindən Dağlıq Qarabağın müstəqilliyinin tanınması münaqişənin həlli yolunda tək alternativ saxlayacaq ki, bu da müharibədir”.


PİA.AZ-ın əməkdaşının sualın cavablandıran politoloq Fərhad Mehdiyev hesab qeyd edib ki, ermənilər münaqişənin sülh yolu ilə nizamlanması üçün ciddi addımlar atmalıdırlar. Burada da söhbət əsasən Dağlıq Qarabağ  ətrafındakı rayonların boşaldılmasından və Azərbaycanın beynəlxalq aləmdə tanınan ərazi bütövlüyünə hörmətlə yanaşmaqdan gedir. Əgər Ermənistan bu addımları atsa, onda Azərbaycan da qarşı tərəfə görə müəyyən addımlar atacaq və konflikt sülhlə nizamlanacaq:

“Biz bilirik ki, Ermənsitan tərəfi iddia edirdi ki, Kazan görüşündə Azərbaycan müəyyən vədlər vermişdi. Amma Azərbaycan tərəfi Ermənistandan fərqli olaraq hər hansı vəd verdiyin qəbul etməmişdi. Ola bilsin ki, Ermənistan prezidenti Serj Sarkisyan bunu nəzərdə tutur. Digər tərəfdən də ola bilsin ki, Sarkisyan snayperlərin cəbhə xəttindən geri çəkilməməsinə eyham vurur. Mən bildiyim qədər bu məsələyə görə də heç bir razılıq əldə olunmayıb. Onu da qeyd edim ki, snayperləri cəbhə xəttindən çəkməyini təhlükəli tərəfi budur ki, bildiyimiz kimi ermənilər cəbhədə dəfələrlə təxribat, diversiya əməliyyatları törətməyə cəhd ediblər. Buna görə də cəbhə xətti nəzarət altında olmalıdır və snayperlər də bu səbəbdən dolayı cəbhə xəttindən geri çəkmək düzgün deyil. 

Həqiqət isə budur ki, ermənilər özləri münaqişənin sülh yolu ilə nizamlanması üçün ciddi addımlar atmalıdırlar. Burada da söhbət əsasən Dağlıq Qarabağ  ətrafındakı rayonların boşaldılmasından və Azərbaycanın beynəlxalq aləmdə tanınan ərazi bütövlüyünə hörmətlə yanaşmaqdan gedir. Əgər Ermənistan bu addımları atsa, onda Azərbaycan da qarşı tərəfə görə müəyyən addımlar atacaq və konflikt sülhlə nizamlanacaq. Çünki Ermənistan bu addımları atsa, onda Azərbaycan da qarşı tərəfə qarşı müəyyən addımlar atacaq. Bunun xaricində ermənilərin danışdığı söhbətlər real güzəşt deyil və münaqişənin nizamlanmasına deyil, münaqişənin dondurulmuş vəziyyətdə saxlanılmasına xidmət edir. Bir daha qeyd edim ki, real güzəşt konkret ondan ibarətdir ki, Ermənista işğal olunmuş Azərbaycan ərazilərindən ordusun çıxartsı və bundan sonra münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli üçün masaya otursun.

Əslində Ermənsitanın Dağlıq Qarabağın müstəqilliyini tanıması o deməkdir ki, artıq sülh danışıqları sona çatıb. Bunun  bir başqa anlamı da Ermənistanın əslində Azərbaycana müharibə elan etməsidi. Çünki bu baş verdiyi təqdirdə Ermənistan rəsmi şəkildə Azərbaycan torpaqlarının işğalını və ilhaqını təsdiqləmiş olur. Yəni indiki ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi altında aparılan sülh danışıqları başa çatacaq. Bundan sonra başqa bir sülh prosesinin başlaması ola da bilər, ya da müharibə ola bilər. Bütün hallarda Ermənistan tərəfindən Dağlıq Qarabağın müstəqilliyinin tanınması, ya da Dağlıq Qarabağın Ermənistana birləşdirildiyinin bəyan edilməsi sülh prosesinin avtomatik olaraq dayandıracaq və müharibəni körükləyən bir səbəb çevriləcək. Yəni Ermənistan tərəfindən Dağlıq Qarabağın müstəqilliyinin tanınması münaqişənin həlli yolunda tək alternativ saxlayacaq ki, bu da müharibədir”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

Dəhşətli qəzada həlak olan qazinin görüntüsü - Yenilənib,Video,Foto

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Ən çox oxunanalar