Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məzarı oyun meydançası olan yazar



Keçmiş sovet vətəndaşları onu ən çox satirik hekayələrindən, əsasən də "Bir sürgündən xatirələr" adlı kitabından tanıyırlar


Elə mən də Əziz Nesini bu kitabı ilə tanımışam.

Orta məktəbin dördüncü sinfində oxuyurdum, məktəbin kitabxanasından qarşıma çıxdı, aldım və ilk səhifələrini qəsəbəmizə gedən avtobusda, basabasda oxudum. Əsərdə bəhs olunan Bursa və həmin illərin Gəncəsi mənə çox oxşarmış kimi görünmüşdü, sanki kitabı Bursada oxumuşdum. 
Həmin yaşda kitabı yaxşı mənimsəməsəm də, bəhs olunan hekayələrin bir çoxu indi də yadımdadır. Kitabı oxuduqdan sonra məktəbimizə geri qaytardım və sonralar nə qədər axtardımsa tapa bilmədim. Amma o kitabda bəhs olunanlar yaddaşıma necə hopubsa, indi də xatırlayanda onları özüm yaşayırmışam kimi gəlir. Yazarın sürgündə böyük məhrumiyyətlər yaşaması, bəzən yemək, kofe içmək üçün pul tapmaması, ətrafdakıların ona münasibəti, qarşılaşdığı olaylar xatırladıqca hiss edə biləcəyim bir şəkildə yaddaşımdadır. 

Yazımın məqsədi Ə.Nesini tədqiq etmək deyil. Onun həyatı və yaradıcılığıyla belə bir yazı yazacaq qədər dərindən tanış deyiləm. Sadəcə bu gün yazarın ad günü olduğu üçün insanlıq üçün çalışmış, yazıb-yaratmış bu insanı xatırlamaq istəyirəm.
O, Orhan Pamuk, Yaşar Kamal və Nazım Hikmetdən sonra əsərləri xaricə dilə ən çox çevrilən türk yazar hesab olunur. Türkiyədə çox da sevilmir. Bunun əsas səbəbi isə ateist olması, çıxışlarının xeylisində dini tənqid etməsi və ən əsası, söylədiyi "Türk xalqının 60%-i axmaqdır" cümləsidir. Son cümlənin isə maraqlı bir hekayəsi var. Ə.Nesin məhz bu cümləsinə görə məhkəməyə verilir. O isə məhkəməyə verildiyini eşidəndə belə deyir: "Lütfən bunu etməyin. Əgər məhkəmə mənim lehimə qərar çıxararsa, axmaqlığınız bu qərarla qüvvəyə minmiş olar". Lakin iddiaçılar geri çəkilmir, nəhayət, məhkəmə Ə.Nesinin xeyrinə qərar çıxarır. 

Bir televiziya proqramında isə opponenti "Ə. Nesinin axmaq dediyi türk milləti onu multimilyoner edib" deyir. Yazarın cavabı isə "Əgər onlar mənim sözümdən inciməyib məni multimilyoner ediblərsə, bu, onların axmaqlığını göstərir" olur. 
Amma həqiqət bu idi ki, o axmaq dediyi türkləri çox sevirdi. Onu multimilyoner olmaqda ittiham edən xalqına isə bütün varidatını miras buraxmışdı. Ölümündən sonra qurulan Nesin xeyriyyə cəmiyyəti yüzlərlə türk gəncinin təhsil almasına səbəb oldu, yüzlərlə insana yardım etdi.

Məzarının həqiqi yerini isə cəmi 7 nəfər bilir. Vəsiyyətində "Olmasın mezarım. Bir okulun bahçesine gömün beni, çocuklar top oynasın, ip atlasın üzerimden" deyib. Buna görə də hətta helikopterlə cənazəni izləmək istəyən jurnalistlər görməsin deyə dostları yan-yana 6 qəbir qazıb və yazarı onlardan birinə qoyaraq tələsik bütün qəbirləri torpaqlayıblar. Beləcə onun vəsiyyəti gerçəkləşmiş olub, indi məzarının üzərində həqiqətən uşaqlar oynayır. 
Eynşteyn deyirdi ki, axmaq insanlara görə insanlar irq, cinsiyyət, millət, yaş, status, rəng və dil başda olmaqla səkkizdən çox kateqoriyaya ayrılırlar. Halbuki bölünmə bu qədər mürəkkəb deyil. İnsanlar sadəcə iki yerə ayrılır: pis insanlar və yaxşı insanlar.   
Ə.Nesin kimi böyük insanı, mütəfəkkiri bu sadə bölünmə ilə xarakterizə etmək istəmirəm, amma bu adam haqqında düşünərkən onun bu kateqoriyalardan hansına aid olmasını bir kənara qoymaq lazımdır. Ən başda onun insanlıq üçün hətta ölümündən sonra da nələr etdiyinə fikir vermək diqqət etmək olar. Yaradıcılığı haqda sonra da düşünmək olar.
Onu da qeyd etmək yerinə düşər ki, zaman Ə.Nesinin nə qədər haqlı olduğunu göstərdi. Həm o zamankı məhkəmə, həm də yaxın tarixdə Ərdoğanın Türkiyədə 50%-dən çox səs alması sübut etdi ki, yazıçı öz ölkəsini və insanları yaxşı tanıyır. Təkcə ona sevinmək olar ki, o dediyi faizin nə qədər doğru olduğunu bir daha görmədi, çünki bu onu sevindirməz, yalnızca kədərləndirərdi.

Bu gün onun doğum günüdür... (musavat.com)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Dəhşətli qəzada həlak olan qazinin görüntüsü - Yenilənib,Video,Foto

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Ən çox oxunanalar