Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Samir Şərifov Azərbaycanı beynəlxalq qalmaqala sürükləyir


Azərbaycan Beynəlxalq Bankının (ABB) Nyu-York məhkəməsinə restrukturizasiya üçün müraciət etməsi diqqəti yenidən maliyyə naziri Samir Şərifova yönəldib


Xatırladaq ki, bu müraciətdən əvvəl Azərbaycan Beynəlxalq Bankının indiki böhranlı vəziyyətə düşməsindən sonra maliyyə naziri Samir Şərifovun iki dəfə ABŞ-a işgüzar səfər etməsinin sonunda ABB-nin Nyu-York məhkəməsinə restrukturizasiya üçün müraciət etməsini təsadüfi saymayanlar artıb.

Məlumata görə, ABB-nin vaxtı ilə reytinqi beynəlxalq reytinq agentlikləri tərəfindən yüksək dəyərləndirildiyindən ölkəmizdəki digər banklar da bundan faydalanıblar. Lakin Azərbaycanda manatın dəyər itirməsi ilə başlayan proses ABB ətrafında vəziyyəti daha da mürəkkəbləşdirib.

Məlumatda qeyd edilir ki, ABB Samir Şərifovun nəzarətinə tam keçdikdən sonra problemli kreditlərin sağlamlaşdırılması və bankın əvvəlki şöhrətinin qaytarılması məqsədiylə Mərkəzi Bankdan Beynəlxalq Banka 10 milyard manata yaxın vəsait köçürülüb. Dövlət Neft Fondu da eyni məqsədlə əlavə 1 milyard dollar ayırıb. Ancaq çox maraqlıdır ki, bütün bunlara rəğmən, ABB bir neçə gün əvvəl 3.3 milyard dollar borcu olduğunu açıqlayıb.

Bir neçə gün əvvəl isə ölkədə fəaliyyət göstərən saytlar yazıb ki, ABB-nin problemli aktivləri "Aqrokredit"ə keçirilib və əvəzində ABB 9.93 milyard manat həcmində nəğd vəsait əldə edib. Əlavə, banka 70 milyon manat və 1.3 milyard dollar da sağlamlaşdırma tədbirlərini həyata keçirmək üçün ayrılıb. Bu isə toplam 12 milyard manat edir. Bank hələ də borcludursa, həmin 12 milyardın taleyi necə olub?

Bütün bunların Cahangir Hacıyevdən sonra baş verməsi isə yuxarıda qeyd etdiyimiz kimi, gözlərin Samir Şərifova, onun bankda müşahidə şurasının sədri olan müavini Azər Bayramova yönəldib. Çünki beynəlxalq auditlərin və Mərkəzi Bankın qiymətləndirmələrinə əsasən, ABB-nin 2015-ci ilə qədər problemli kreditləri ümumi portfelin 10 faizini keçməyib. Deməli, C.Hacıyevdən sonra S.Şərifovun təqdimatı ilə bankın rəhbərliyinə gətirilmiş Elmar Məmmədov da ciddi nöqsanlara yol verib.

Belə bir vəziyyətdə isə ABŞ-ın siyasi və iqtisadi çevrələri ilə sıx dostluq münasibətində olan Samir Şərifovun həm özünü, həm də komandasını ABB bəlasından qurtarmaq üçün addım atması anlaşılandır:

"Mən də düşünürəm ki, bu gün ABB-nin defolta sürüklənməsi istiqamətində yürüdülən siyasətin başında Samir Şərifov və onun bankdakı adamları durur, çünki onlar bu bankın çöküşündə Cahangir Hacıyevdən daha çox rol alıblar. Ona görə də, onlar həm bu prosesin ört-basdır edilməsi, həm də diqqətləri özlərindən yayındırmaq üçün belə riskli addım atıblar",- deyə mənbəmiz bildirib.

Məlumatlı şəxs deyib ki, ABB-nin Nyu-York məhkəməsinə müraciətindən sonra Qazaxıstanın inkişaf və investisiyalar üzrə sabiq nazir müavini Rahim Oşakbayev ABB-də olan 384 min manata yaxın vəsaitlərini dərhal geri istəyib: "Artıq Qazaxıstan XİN səviyyəsində bu pulla bağlı danışıqlar başlayıb. Bu isə o deməkdir ki, ABB ətrafında beynəlxalq qalmaqal yaradılır. Bu isə daha çox Samir Şərifovun maraqlarına xidmət edir...".

Mənbə: Reyting.az

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Dəhşətli qəzada həlak olan qazinin görüntüsü - Yenilənib,Video,Foto

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

Ən çox oxunanalar