Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ya Qarabağ ya da Gömrük İttifaqı


“Hesab edirəm ki, Rusiya Azərbaycana çox sərt bir təklif edəcəkdir”.


Politoloq Vəfa Quluzadə Azərbaycanı da əhatə edən geopolitik vəziyyəti şərh edərkən bildirdi. O, Rusiyanın Ukraynanın şərq əyalətlərini ələ keçirəndən sonra tamamilə keçmiş Sovet İttifaqı tərzində davranacağından narahatlığını ifadə etdi:
 
“Krım hadisələrindən sonra Putinin heç bir sözünə inanmağa dəyməz. Məsələ ondan ibarətdir ki, orada artıq öz qoşunlarını cəmləşdirib. Məlumat yayılır ki, Xarkovda, Donetskdə baş verən hadisələrin başında dayanan Rusiyanın xüsusi xidmət orqanlarıdır. Bu da ondan xəbər verir ki, Rusiya hər yolla Ukraynanın şərqini işğal etmək niyyətindədir. Görünür, Putin artıq normal dövlət kimi Avropa və Amerika ilə əməkdaşlıq etmək istəmir. Bu işğalları həyata keçirəndən sonra tamamilə keçmiş Sovet İttifaqı tərzində davranmaq istəyir”.
 
Soyuq müharibə başlayacaq
 
Politoloq tezliklə Qərblə Sovet İttifaqı arasında vaxtilə mövcud olmuş “Soyuq müharibə”nin hazırda Rusiya-Qərb müstəvisində yarancağını dedi:
 
Rusiya Ukraynanın şərq ərazilərini işğal etsə, gərək Qərblə bütün əlaqələri kəssin. Beləliklə, Rusiya tamamilə başqa bir dövlətə çevriləcək.  Rus analitiklərindən biri olduqca maraqlı bir şərh verib: deyib ki, hesab edin Rusiyada hərbi çevriliş olub və dövlət başına yeni Putin gəlibdir. Bu keçmişdəki Putin deyil, tamamilə başqa bir adamdır. O, Qərbə meydan oxuyur, imperiya maraqlarını istənilən şəkildə həyata keçirməyə çalışır. Ona görə bu addımlar tezliklə soyuq müharibənin yaranması, Amerika Rusiya qarşıdurmasının yenidən meydana gəlməsi deməkdir”.
 
Rusiyanın tək sığınacağı
 
V.Quluzada Çinin heç bir zaman Rusiya ilə Qərb əleyhinə ittifaq yaratmayacağını qeyd etdi:
 
“Çin olduqca praqmatik dövlətdir. Yəni Çin Rusiyanın arzu etdiyi kimi onun hərbi müttəfiqi olmayacaq. Çin Rusiyanın qazını almağa hazırdır. Əgər Qərb bu qazı 500 dollara alırdısa, Çin bunu 300 dollara alacaq. Rusiya buna getmək məcburiyyətində qala bilər. Amma Çinin Qərbin əleyhinə ittifaq yaradacağı söhbəti sadəlövhlükdür. Putin bu gün Qərbi hədələyir ki, Çinlə ittifaq yaradacam. Həmçinin deyir ki, Rusiya dollardan imtina edib Çin yuanına keçməyə hazırdır. Onlar bu tip şayiələr yayırlar. Hesab edirəm Çin məsələsi şantajdır, o Rusiyanın heç vaxt hərbi müttəfiqi olmayacaq”.
 
Azərbaycanın üzərinə qara buludlar yaxınlaşır
 
O, Azərbaycana Rusiyadan çox sərt təklifin gələcəyini söylədi:
 
Rusiya Azərbaycana çox sərt bir təklif edəcəkdir. Ya Dağlıq Qarabağın müstəqilliyi, ya da bunun baş verməməsi üçün Azərbaycanın Gömrük İttifaqına daxil olması. İndi bu suala mən cavab verə bilmərəm. Ona Azərbaycan iqtidarının özü cavab verməlidir ki, seçim nə olacaqdır? Çox yaxında bizi çətin şeylər gözləyir”. (axar.az)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Dəhşətli qəzada həlak olan qazinin görüntüsü - Yenilənib,Video,Foto

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

Ən çox oxunanalar