Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İcra başçısı ilə deputat arasında davanın Rəsul Quliyev sirri


Sabunuçunun icra başçısı Adil Vəliyevlə Hacı Qalib arasında gedən açıq savaş həmçinin şeyxüslam Hacı Allaşhükür Paşazadə ilə hakimiyyətin nüfuzlu nümayəndələrinin biri arasında gedir


Hacı Qalib illər əvvəl Rəsul Quliyevin dəyəri 20 milyon manatdan artıq olan villasını «özününküləşdirib»; Rəsul Quliyevlə anlaşan Adil Vəliyev isə villanı Hacı Qalibdən alaraq satılmasına imkan yaradıb… 

Son günlər Sabunçu rayon icra hakimiyyətinin başçısı Adil Vəliyevlə, həmin rayondan deputat seçilən Hacı Qalib Salahzadə arasında açıq qarşıdurma yaranıb. Qarşıdurma o səviyyəyə çatıb ki, artıq Hacı Qalib Adil Vəliyevi mətbuatda açıq şəkildə ittihamlar yağdırır. Sabunçu rayon İcra Hakimiyyəti isə deputatın cavabını verməklə kifayətlənir və onu icra hakimiyyətinin işinə açıq müdaxilə etməkdə günahlandırır.

Deputat öz səlahiyyətlərindən kənara çıxaraq icra başçısının Bilgəh qəsəbəsinə təyin etdiyi cra nümayəndəsini qəbul etmir və deyilənə görə bir neçə gün əvvəl təyin olunmuş yeni icra nümayəndəsinə işə başlamağa imkan vermir. Bu isə son 10-15 ildə görünməmiş haldır və icra hakimiyyətinə qarşı yüksək hakimiyyət dairələrində hakimiyyətə qarşı «asilik» kimi dəyərləndirilə bilər. Çünki deputat Bilgəhdəki nüfuzundan istifadə edərək qəsəbədə gərginliyə səbəb olur və icra hakimiyyətinin qərarlarının icra olunmasını əngəlləyir. Belə ki, Adil Vəliyevin 3 gün əvvəl təyin etdiyi və adının açıqlanmadığı yeni icra nümayəndəsi hələ də öz vəzifəsinin icrasına başlaya bilmir və Hacı Qalib yeni icra nümayəndəsinin vəzifəsinin icrasına başlamasına qarşı çıxdığını şəxsən mətbu orqanlara verdiyi müsahibələrdə bəyan edərək, bunu yeni nümayəndənin bilgəhli deyil, zəngilanlı olması ilə əlaqələndirir. 

Qeyd edək ki, Hacı Qalib şeyxülislam Hacı Allahşükür Paşazadənin qudasıdır və daha çox şeyxin adamı kimi tanınır. Həmçinin deputat özünün Bilgəh qəsəbəsində əsas söz sahibi kimi apardığından hesab etmək olar ki, Sabunuçunun icra başçısı Adil Vəliyevlə Hacı Qalib arasında açıq qarşıdurma həm də nüfuz savaşıdır. Amma bu nüfuz savaşı təksə Hacı Qaliblə Adil Vəliyevin arasında getmir. Həm də şeyxüslam Hacı Allaşhükür Paşazadə ilə hakimiyyətin nüfuzlu nümayəndələrinin biri arasında gedir. Bu belə olmasaydı, Hacı Qalib açıq şəkildə icra başçısına qarşı ittitihamlar irəli sürməz və başçınınqərarlarını əngəlləyərək icrasına mane olmağa cəhd etməzdi. Ona görə də güman etmək olar ki, Bilgəhdəki qarşıdurmaya şeyxülislam birbaşa cəlb edilib.

PİA.AZ-a deputatla icra başçısını arasında qarşıdurmanının ilkin səbəbi haqqında sensasion hesab ediləcək məlumat daxil olub. Saytımıza məlumat verən mənbəninin bildirdiyinə görə icra başçısı ilə deputat arasında qarşıdurma eks-spiker, hazırda xaricdə mühacir həyatı yaşayan və hər fürsətdə Azərbaycan siyasətinə müdaxilə etməyə cəhd edən Rəsul Quliyevin Bilgədəki dəyəri milyonlarla ölçülən villası ilə başlayıb.

Məlumatlı mənbəninin bildirdiyinə görə, hələ parlamentin sədri olduğu zaman Rəsul Quliyev Bilgəhdə ərazisi bir hektardan artıq olan məöhtəşəm villa tikdirib. Villanın hazırkı qiymətinin 20 milyon manatda artıq olduğu bildirilir. Rəsul Quliyev hakimiyyətin əsas düşmənlərindən biri elan olunduqdan sonra Bilgəhdə əsas söz sahiblərindən biri olan Hacı Qalib keçmiş Milli Məslis sədrinin villasına əl qoyub. Həmin vaxt Hacı Qalib iş adamı kimi tanınsa da, Bilgəh bələdiyyəsində hüquqşünas olaraq çalışıb. Həmin dövrdə Bilgəhin icra nümayəndəsinin özadamı olmasında istifadə edən Hacı Qalib villanı ələ keçirərək orda özünün mühafizə dəstələrini yerləşdirib.Deputat həmçinin həddindən artıq ucuz qiymətə villanı satın almaq üçün Rəsul Quliyevə müraciət edib, lakin eks-spiker həmin təklifi qəbul etməyib. 

Təqribən bir il əvvəl isə Rəsul Quliyev villanı satmaq barədə Bakıda yaşayan qardaşı Telman Quliyevə göstəriş verib. Lakin Hacı Qalib villadan çıxmaqdan itmtina edib. Bundan sonra isə Telman Quliyev Sabunçunun icra başçısı Adil Vəliyevə müraciət edib. İcra başçısı ilə danışığa gedən Telman Quliyev Adil Vəliyevə satışdan əldə olunacaq pulun 30 faizini təklif edib və villanın 20 milyondan artıq dəyəri olduğunu bilən Adil Vəliyev təklifi həmən qəbul edib.

Bundan sonra isə Sabunçu İcra Hakimiyyətinin nümayəndələri polislə villaya gələrək Hacı Qalibin orda yerləşdirdiyi mühafizəçiləri çıxarıblar. Villanı Azərbaycanın tanınmış məmurlarından birinin aldığı qeyd olunur. (bu və digər sensasion detallarla oxucularımız ikinci yazıda tanış olacaqlar). Adil Vəliyev isə satışdan payına düşən 7 milyon manatı alıb. Amma bundan sonra Hacı Qaliblə Adil Vəliyevin arasında düşmənçilik yaranıb. 

Hacı Qalibi Bilgəhdən sıxışdırlıb çıxarılması barədə göstəriş verən icra başçısı sərt təpki ilə üzləşib. Bilgəhdə Adil Vəliyevə qarşı bütün gücünü işə salan Hacı Qalib həmçinin şeyxin dəstəyini də arxasına alıb. Adil Vəliyev isə öz növbəsində Abşeronun icra başçısı Zakir Fərəcovdan  dəstək istəyib və bildirildiyinə görə Bilgəhə yeni təyin olunan yeni icra nümaynədəsi məhz Zakir Fərəcovun qudası Qətibə Abdullayevanın yaxın qohumudur.

Ardı var... 

Yazıda adıkeçən şəxslərin mövqeyini dərc etməyə hazırıq... 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Dəhşətli qəzada həlak olan qazinin görüntüsü - Yenilənib,Video,Foto

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Ən çox oxunanalar