Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ramiz Mehdiyevin bankı bağlanır?

“Bank BTB” 2019-cu ilin sonunda əldə etdiyi 12 milyon manatdan çox yığılmış zərərini mənfəətə keçirə bilməyib. Ramiz Mehdiyevin gəlininə məxsus olan bank yığılmış zərərini mənfəətə keçirə bilməsi üçün illik xalis mənfəətini artırmalı və balans maddəsində bölüşdürülməmiş mənfəətinə əlavə etməlidir. Daha sonra səhmdarların toplantısında bölüşdürülməmiş mənfəət yığılmış zərərdən çıxılmalı və bununla da bankın yığılmış zərəri mənfəətlə əvəz olunmalıdır.

Bank 2020-ci ilin sonunda 9 milyon 130 min manat xalis zərər əldə edib. Buna görə də “Bank BTB”nin yığılmış zərəri daha da artıb.

Qeyd edək ki, 2019-cu ilin dekabr ayında vəzifədən ayrılan Ramiz Mehdiyevə məxsus bank sabiq aparat rəhbərinin vəzifədə olduğu dönəmdə xalis mənfəət əldə edir, bununla da kapitalını artırırdı. 2020-ci ildən sonra isə bankın xalis mənfəəti azalıb və daha sonra zərərlə əvəz olunub.



Cədvəldən də göründüyü kimi Ramiz Mehdiyev vəzifədən ayrıldıqdan sonra bankın xalis mənfəəti 16 milyon 653 min manat azalaraq 9 milyon 130 min manatlıq zərərə düşüb.

Bankın illərdir yığılmış zərəri isə 2020-ci ilin sonunda daha da artıb. Aşağıda qeyd olunan cədvəldə “Bank BTB”-nin illər üzrə yığılmış zərərini görəcəksiniz:

Mənfəət vergisini ödəməyən bankın xalis zərəri 9 milyon 130 min manatdan daha da çox olacaq.

Qeyd edək ki, "Bank BTB" ASC-nin səhmdarları haqda açıq mənbələrdən əldə edilən informasiyaya görə, səhmlərin 75 faizi Nigar İsmayıl qızı Mehdiyevaya, 19 faizi isə Rza İsmayıl oğlu Sadiqə məxsusdur. N. Mehdiyeva Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin gəlinidir. Bu məlumat indiyədək təkzib olunmayıb. Rza Sadiq isə bankda Müşahidə Şurasının sədridir. (Valyuta.Az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Dəhşətli qəzada həlak olan qazinin görüntüsü - Yenilənib,Video,Foto

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

Ən çox oxunanalar